21:18 09 Dekabr 2016
Canlı yayım
BAKU 2015

Ledi Qaqa I Avropa Oyunlarının açılışında “İmagine” mahnısını ifa edib

Qısa URL
607 0 0
baku2015.com

Müğənni bu mahnını ifa edərkən gözləri dolub və tamaşaçılar tərəfindən böyük coşğuyla qarşılanıb.

BAKI, 12 iyun — Sputnik. Məşhur amerikalı ulduz müğənni Ledi Qaqa “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya stadionunun səhnəsində yer alıb. Sputnik xəbər verir ki, Ledi Qaqa çiçəklər arasında "gizlədilmiş" pianonun arxasında əyləşərək, “İmagine” ("Xəyal et") mahnısını ifa edib.

Sözləri Con Lennonun (John Lennon) klassik pop mahnısına aid olan musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir. Müğənni bu mahnını ifa edərkən gözləri dolub və tamaşaçılar tərəfindən böyük coşğuyla qarşılanıb.  

Teqlər:
Bakı

Əsas mövzular