06:16 11 Dekabr 2016
Canlı yayım
Бакинский Олимпийский Стадион

Birinci Avropa Oyunlarının rəsmi aşılış mərasimi başlamaq üzrədir

© AZƏRTAC
BAKU 2015
Qısa URL
5901

Təntənəli açılış mərasimi Bakı Olimpiya stadionunda reallaşır.

BAKI, 12 iyun — Sputnik. Azərbaycanın paytaxtında Birinci Avropa Oyunlarının rəsmi aşılış mərasimi başlamaq üzrədir. Təntənəli açılış mərasimi Bakı Olimpiya stadionunda reallaşır. 

Bu barədə Sputnik-in Olimpiya stadionundakı müxbiri məlumat verib. 

Təşkilatçılar söz veriblər ki, mərasim möhtəşəm olacaq. 

"Hal-hazırda tamaşaçılar Olimpiya stadionuna axışmağa başlayıblar. Artıq tamaşaçıların demək olar ki, hamısı öz yerlərini tutublar." deyə müxbir bildirib. 

Şounun detalları, kreativ direktoru və senari müəllifi ənənələrə uyğun olaraq gizli saxlanılır. 

Birinci Avropa Oyunlarının məşəlini stadionda kimin yandıracağı hələ ki, sual altındadır.  

Açılış mərasiminə tez gələn tamaşaçıların darıxmaması üçün stadionda Azərbaycanın Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova kimi korifeylərinin ifasında mahnılar səsləndirilir. 

Aşılış mərasimi yerli vaxtla saat 20:15-də olacaq. 

17 gün ərzində 50 ölkədən olan 6 mindən çox idmançı idmanın 20 növü üzrə 253 medal uğrunda mübarizə aparacaqlar. 

Ən çox idmançı Rusiyadan gəlib. Avropa Oyunlarında bu ölkəni 359 idmançı təmsil edir. Ən az idmançı isə Monakodan gəlib, cəmi 6 nəfər. 

Azərbaycan idmanın bütün növləri üzrə 291 idmançı ilə iştirak edəcək.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsilə bağlı qərar 2012-ci ilin 8 dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən baş Assambleyasında qəbul olunub. Bundan sonra Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. 


Əsas mövzular