23:13 09 Dekabr 2016
Canlı yayım
Avropa Oyunlarına həsr olunmuş marka

ABŞ-da Avropa Oyunlarına həsr olunan poçt markası hazırlanıb

mincom.gov.az
BAKU 2015
Qısa URL
7 0 0

Markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində "Bakı-2015" birinci Avropa Oyunları" sözləri yazılıb.

BAKI, 12 iyun — Sputnik. ABŞ-da fəaliyyət göstərən "AzeriAmerika" diaspor təşkilatı "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində "Bakı-2015" birinci Avropa Oyunları" sözləri yazılıb.

Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.

"AzəriAmerika" təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri azəriamerika.com saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.

Əsas mövzular