06:09 11 Dekabr 2016
Canlı yayım
Razi Nurullayev

Hollandiya İkinci Avropa Oyunlardan niyə imtina edib

Sputnik.az
BAKU 2015
Qısa URL
41 0 0

Ekspert Razi Nurullayev: Ümumi Avropanın bu qərarın qəbul olunmasına təsiri var.

BAKI, 12 iyun – Sputnik. İkinci Avropa Oyunlarının keçirilməsi üçün ərizə ilə müraciət edən yeganə ölkə — Hollandiya fikrindən daşınıb.

Məlumata görə, hökumət buna səbəb kimi, maliyyə problemini göstərib. 

Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki də qərardan məyus olduqlarını söyləyib.

"Bu çox məyusedici xəbərdir, ancaq biz Holland hökumətinə ən azı maraq göstərdikləri üçün təşəkkür edirik" — deyə Hikki əlavə edib. 

Yeni Demokratiya Hərəkatının lideri, politoloq Razi Nurullayev Sputnik-ə açıqlamasında Hollandiyanın bu qərarının arxasında maliyyə probleminin dayandığına inanmadığını bildirib. 

“Hollandiya bu oyunları qəbul etsəydi, məncə çox xərci çıxmazdı. Çünki Hollandiya lazım olan infrastruktura malik ölkədir və tursit axınını da qəbul etmək gücündədir. Maliyyə məsələsi əslində səbəblərdən biri ola bilər. Lakin Ümumi Avropanın da bu qərarın qəbul olunmasında təsiri olmamış deyil.” — deyə Nurullayev vurğulayıb.

O, bu məsələni Avropa ölkələrində Azərbaycana qarşı edilən çağırışların fonunda belə dəyərləndirib: “Məlumdur ki, bir çox Avropa ölkələrində bu oyunlara ehtiyacın olmadığı barədə çağırışlar var. Azərbaycan əslində ağır bir presedent yaradıb. İnana bilmirəm ki, hər hansı bir ölkə bütün xərcləri üzərinə götürsün. Ona görə ki, belə şeylər Avropada müsbət qarşılanmır. Bununla bərabər, əfsuslar olsun ki, Azərbaycana qarşı çox ciddi ayrı-seçkilik də mövcuddur. Bunun səbəblərindən biri demokratik inkişafın arzu olunan səviyyədən aşağı olmasıdırsa, digər səbəbi Azərbaycanın Avropa Birliyi ilə Assosiativ sazişi imzalamaqdan imtina etməsidir.”

Politoloq Azərbaycana qarşı kampaniyanın subyektiv səbəbindən də danışıb. O, deyib: "Azərbaycana qarşı dini və mentalitet baxımdan fərqli yanaşma var. Məsələn, Ermənistan nə qədər səhvlər etsə də, Avropa ona daha tolerant yanaşır. Azərbaycanınsa belə lüksü yoxdur. Bu, Dağlıq Qarabağ münaqişəsinə baxışda da özünü çox açıq şəkildə büruzə verir.” 


Əsas mövzular