11:59 11 Dekabr 2016
Canlı yayım
BAKU 2015

İlham Əliyev Bolqarıstanın baş nazirini qəbul edib

BAKU 2015
Qısa URL
2 0 0

Azərbaycan prezidenti Bolqarıstan idmançılarına uğurlar arzulayıb.

BAKI, 11 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstanın baş naziri Boyko Borisovu qəbul edib.

Sputnik xəbər verir ki, Prezident Əliyev qonağa bu yaxınlarda Bolqarıstana səfərini və baş nazir Boyko Borisovla Sofiyada keçirdiyi görüşü xatırladın. Dövlət başçısı onun Azərbaycana səfərinin və birinci Avropa Oyunlarının açılış mərasimində iştirakının önəmini qeyd edib. Birinci Avropa Oyunlarının tarixi bir hadisə olduğunu vurğulayan prezident Əliyev Bolqarıstan idmançılarına uğurlar arzulayıb.

Bolqarıstanın baş naziri Boyko Borisov ölkəsinin birinci Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə təmsil olunduğunu deyib.

Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi və genişləndiyi bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər:
Azərbaycan

Əsas mövzular