18:34 10 Dekabr 2016
Canlı yayım
Amnesty International

Amnesty İnternational-ın gəlişinə qadağa qoyulması məlumatı yalandır

112.ua
BAKU 2015
Qısa URL
11 0 0

Əli Həsənov: Adı çəkilən təşkilat Avropa Oyunları ilə bağlı ölkəmizə gəlmək üçün heç bir quruma müraciət etməyib və qeydiyyatdan keçməyib.

BAKI, 11 iyun – Sputnik. Son 2-3 gündə beynəlxalq KİV-lərdə Amnesty İnternational təşkilatının nümayəndələrinin Azərbaycana gəlişinə qadağa qoyulması ilə bağlı məlumatlar yayılmaqdadır. 

Bu barədə Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə keçirdiyi birgə mətbuat konfransında müvafiq suala cavab verən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. 

"Mən özüm bununla bağlı ciddi araşdırma aparmışam və bəlli olub ki adı çəkilən təşkilat Avropa Oyunları ilə bağlı ölkəmizə gəlmək üçün heç bir quruma müraciət etməyib və qeydiyyatdan keçməyib. Ancaq bizə bəlli olub ki, ayrı-ayrı jurnalistlər, ekspertlər dolayı yolla Azərbaycana daxil olmağa cəhd ediblər. Yəni onlar birbaşa viza almaqla yox, digər yollarla, KİV orqanlarının və təşkilatların vasitəsilə ölkəyə gəlməyə cəhd ediblər. Bunların da qarşısı qanun çərçivəsində alınıb. Ona görə də bu deyilənlərin heç bir əsası yoxdur", deyə PA rəsmisi vurğulayıb. 


Əlaqədar

“Amnesty İnternational” Azərbaycan əleyhinə kampaniya aparır
Deputat: “Amnesty İnternational” Azərbaycanın düşmənidir

Əsas mövzular