21:58 02 Dekabr 2016
Canlı yayım
media

Azərbaycanlı xarici jurnalistlər Media Kəndində “Yallı” gediblər

© AZƏRTAC.
BAKU 2015
Qısa URL
1810

“Bakı-2015” birinci Avropa Oyunlarının Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub.

BAKI, 10 iyun — Sputnik. İyunun 10-da “Bakı-2015” birinci Avropa Oyunlarının Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub.

Sputnik Azərtac-a istinadən bildirir ki, 800-dən artıq jurnalistin qatıldığı tədbirdə Azərbaycanın milli musiqi aləti olan tarın və Avropa musiqi alətlərinin ifasında səsləndirilən könül oxşayan musiqi parçaları xarici jurnalistlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistləri salamlayaraq onlara uğurlar arzulayıb.

Gecədə Azərbaycanın milli musiqiləri, o cümlədən “Sarı gəlin” və digər mahnılar səsləndirilib.

Tədbirdə maraqlı məqamlardan biri də yerli və xarici jurnalistlərin “Yallı” rəqsini birgə ifa etmələri olub.

Sonra əyləncə gecəsi öz ahəngi ilə davam edib.

Teqlər:
Bakı

Əsas mövzular