14:31 07 Dekabr 2016
Canlı yayım
Asan Xidməti_Yasamal şöbəsi

"ASAN xidmət" Avropa Oyunları zamanı xüsusi qrafikinə keçir

sputnik.az
BAKU 2015
Qısa URL
1110

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, vətəndaşlar 12-28 iyun tarixlərində saat 09:00-dan 15:00-dək nahar fasiləsi olmadan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

BAKI, 10 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri I Avropa Oyunlarının keçiriləcəyi müddətdə öz fəaliyyətini xüsusi iş rejimində davam etdirəcək.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, vətəndaşlar 12-28 iyun tarixlərində saat 09:00-dan 15:00-dək nahar fasiləsi olmadan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

İş qrafikinə dəyişiklik etməkdə məqsəd I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaqdır.

Əlaqədar

«ASAN xidmət» bölgələrdə səyyar xidmətə başlayıb
"Asan İmza" "Bank Technique"in Məsafəli xidmətlərində
"ASAN xidmət" yanan binanın sakinlərinə xidmət göstərməyə başlayır

Əsas mövzular