10:00 08 Dekabr 2016
Canlı yayım
Bakı Avropa oyunları

Deputat: Avropa Oyunlarını boykot etmək çağırışları gülüncdür

baku2015.com
BAKU 2015
Qısa URL
21 0 0

Aydın Mirzəzadə: Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarını boykot çağırışları nəticəsiz qalacaq.

BAKI, 8 iyun — Sputnik. Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarını boykot çağırışları nəticəsiz qalacaq. 

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının keçrilməsinə sayılı günlər qaldığı bir vaxtda  boykotla bağlı hər hansı çağırış etmək mənasız və gülüncdür: “Çünki bu mötəbər oyunun keçirilməsi ilə bağlı qərar iki il öncə Avropa Olimpiya Komitəsi tərəfindən verilib və o zaman Ermənistanı çıxmaq şərti ilə digər ölkələr yekdil qaydada bu yarışın Bakıda keçirilməsinə səs veriblər. Bu müddət ərzində idman yarışının keçirilməsi ilə bağlı işlər gedib və hər hansı ölkənin hazırlıq işləri və yaxud oyunla bağlı hər hansı iradı, narazılığı daxil olmayıb. Olimpiadada 50-dən artıq ölkədən idmançı yarışacaq. Açılış mərasimində isə 20-dən artıq ölkə və hökumət başçısı iştirak edəcək. Artıq bu oyunlar dünyada böyük rezonansa səbəb olub. İdman yarışı yüksək səviyyədə keçəcək və Azərbaycan tarixə düşəcək.”

Mirzəzadə onu da deyib ki, oyunlara  yüksək səviyyədə hazırlıq getdiyindən Azərbaycanı gözü götürməyən qüvvələr tərəfindən belə qərəzli kampaniyaya start verilib: “Ayrı-ayrı ölkələrdə antiazərbaycan mərkəzləri  Birinci Avropa Oyunları ilə bağlı irticaçı mövqedə dururlar. Bunlar çoxluqda deyil. Onlar nə hökumətlərə, nə də cəmiyyətə təsir etmək gücündə deyillər. Azərbaycanın uğurları bunlarda qıcıq yaradır. Bu kampaniyaların Avropa Oyunlarına hər hansı təsiri olmayacaq.”

Millət vəkili Musa Qasımlı da hesab edir ki, “boykot” söhbətlərinin heç bir əsası yoxdur: “Çünki Yunanıstan və Almaniya idmançıları yarışlarda iştirak edəcək və onları da adı çəkilən ölkələrin Olimpiya Komitələrinin rəhbərləri müşayiət edəcək. Burada artıq boykotdan söhbət gedə bilməz. Hesab edirəm ki, Birinci Avropa oyunları ən yüksək səviyyədə keçəcək və  aparılan çirkin kampaniya da nəıticə verməyəcək.”

Qasımlı onu da əlavə etdi ki, azərbaycanlı diplomat Arif Məmmədovun Avropa Oyunları ərəfəsində məlum bəyanatla çıxış etməsi də təsadüfi deyil: “Fikrimcə, diplomatın belə bir addım atması Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan bir kampaniyanın tərkib hissədir. Birinci Avropa Oyunları ərəfəsində belə bir addımın atılması konkret hədəflər güdür. Ancaq bu niyyətləri güdənlər məqsədlərinə nail ola bilməyəcəklər.”


Əlaqədar

“Tissot” “Bakı 2015” Avropa Oyunları üçün xüsusi saatlar buraxıb
I Avropa Oyunlarının təhlükəsizliyi üçün bütün tədbirlər görülüb
“Neurope.eu” Bakı-2015 I Avropa Oyunlarından yazıb
Fransızdilli qəzet I Avropa Oyunlarının əla təşkil olunduğunu yazıb
Almaniyanın "Diplomatisches Magazin" jurnalı Avropa Oyunlarından yazıb

Əsas mövzular