23:47 06 Dekabr 2016
Canlı yayım
Hacı Allahşükür Paşazadə

Şeyxülislam I Avropa Oyunları ilə bağlı dindarlara xəbərdarlıq edib

qafqazislam.com
BAKU 2015
Qısa URL
18 0 0

Allahşükür Paşazadə: Ramazan ayında azanın səsi fərqli gələrsə, ölkəyə gələnlər düşünəcək ki, burada məzhəblər arasında fərq var, birlik yoxdur.

BAKI, 5 iyun — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı dindarlara xəbərdarlıq edib.

Sputnik xəbər verir ki, QMİ sədri ölkəyə çoxsaylı turistin gələcəyini dindarlara xatırladaraq məzhəb ayrı-seçkiliyi kimi halları ümumiyyətlə görmək istəmədiyini bildirib: “Nəzərə almaq lazımdır ki, Avropa Oyunları Ramazan ayı ilə üst-üstə düşür. Ona görə də ölkədə məzhəb ayrı-seçkiliyindən çıxış edərək Ramazan ayının başlanması və namazla bağlı azanın fərqli vaxtlarda səsləndirilməsindən narahatam. Bu, qətiyyən doğru hal deyil.” — deyə Paşazadə Ramazan ayının başlanması münasibətilə düzənlədiyi tədbirdə dindarlara bildirib.

Şeyxülislam həmçinin deyib ki, Ramazan ayında azanın səsi fərqli gələrsə, ölkəyə gələnlər düşünəcək ki, burada məzhəblər arasında fərq var, birlik yoxdur: “Həm bizim idarə, həm də Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi İran və Türkiyənin elmi-dini qurumları ilə sıx əməkdaşlıq edir. Lakin Azərbaycan müstəqil dövlətdir və özünün rəsədxanası var. Ona görə də biz öz rəsədxanamızın rəyi əsasında fətva verdik. Bizim rəsədxanamız İran və Türkiyədəki rəsədxanalardan daha güclüdür və daha dəqiq məlumatlar vermək imkanına malikdir. Biz öz elmimizə arxalanaraq hətta gələcəkdə namaz vaxtlarını da təyin edə biləcəyik".

Paşazadə onu da deyib ki, ötən il imam və axundlar Ramazan ayı ilə bağlı fətvaların xalqa çatdırılmasında zəiflik göstəriblər. “Xüsusən də bölgə məscidlərində azanın eyni vaxtda verilməsi təmin edilməlidir. İmam və axundlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Buna əməl etməyənlərin məsələsi işdən azadetmə səviyyəsinədək gəlib çıxa bilər” — deyə QMİ sədri dindarları xəbərdar edib.


Əlaqədar

"Bakı-2015"-in iştirakçıları qaldıqları yerdə ibadət edəcəklər
Alov Qoruyanlar Bakını maviyə qərq edəcək
“Bakı-2015: Oyunlar başlasın”
“Bakı-2015” alov veb-saytının mobil versiyasını təqdim edir

Əsas mövzular