23:19 09 Dekabr 2016
Canlı yayım
Sabah könüllüləri

“SABAH-ın könüllüsü” proqramı çərçivəsində aylıq fotosərgi açılıb

sabah.edu.az
BAKU 2015
Qısa URL
44 0 0

Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən fotoərginin açılış mərasimi olub.

BAKI, 3 iyun — Sputnik. “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən foto sərginin açılış mərasimi olub. 

“Park Bulvar” AVM-in dəstəyi ilə təşkil olunan sərgidə Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən “SABAH Foto” müsabiqəsində iştirak edən fotoşəkillər sərgilənib.  Sərgi 1 ay müddətində “Park Bulvar” AVM-də Bakı şəhərinin sakinləri və qonaqlar üçün açıq olacaq.

Fotoşəkillərdə “SABAH-ın könüllüsü”nün tələbə həyatı, könüllülük fəaliyəti və Avropa Oyunlarının onlara təsiri öz əksini tapır. Həmçinin, fotoşəkillərdə tələbələrin fəaliyyəti ilə yanaşı Bakı-2015  1-ci Avropa Oyunlarının rəmzləri, oyunların əhatə etdiyi idman növləri təsvir olunub.

Sərgidə nümayiş olunan fotoşəkillər “SABAH-ın könüllüsü” proqramı çərçivəsində SABAH qruplarının Facebook səhifəsində təşkil olunan “SABAH Foto” müsabiqəsinə təqdim olunub. Sərgidə nümayiş olunan fotoşəkilləri SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla nəzərdən keçirmək mümkündür. Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və xüsusi hədiyyə paketi ilə mükafatlandırılacaq.

“SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin artırılmasını, əldə edilmiş biliklərin praktikada tətbiqini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişafını ehtiva edir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindəki savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir

 

Əsas mövzular