21:19 09 Dekabr 2016
Canlı yayım
Bakı Avropa oyunları

I Avropa Oyunlarının açılışına 20-dək prezident qatılacaq

baku2015.com
BAKU 2015
Qısa URL
38 0 0

Avropa Oyunları Əməliyyat Komitəsi 10 minə yaxın qonağı Azərbaycana dəvət edib.

BAKI, 2 iyun — Sputnik. I Avropa Oyunlarının açılış mərasiminə hansı dövlətlərin liderlərinin gələcəyi artıq bəllidir. 

Sputnik Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatlarına istinadən bildirir ki, Serbiya prezidenti Tamislav Nikoliç iyunun 12-də Bakıda olacaq. ATƏT-in hazırki sədri, Serbiyanın baş naziri və xarici işlər naziri İlitsa Daçiç Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Serbiya prezidentinin iştirakını təsdiq edib. 

Avropadan daha iki ölkə liderinin Bakıya gələcəyi təsdiqlənib: Lüksemburq hersoqu və Monako knyazı. 

Ümumilikdə I Avropa Oyunlarının açılış-bağlanış mərasimlərinə, həmçinin oyunları izləmək üçün 20-dən artıq dövlət və hökumət başçısının gələcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Kremlin mətbuat xidməti məlumatı təsdiqləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılışa dəvət edilən dövlət başçılarındandır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın Avropa Oyunlarının açılış mərasiminə qatılacağını söyləyib. 

Avropa Oyunlarında ümumilikdə 50 ölkənin idmançıları iştirak edəcək. Təhlükəsizlik və digər məsələlər nəzərə alınaraq açılışla bağlı məlumatlar qapalı saxlanılır.

“Bakı 2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi həmçinin bildirib ki, çoxsaylı dövlət başçıları ilə yanaşı ayrı-ayrı dövlətlərin müxtəlif səviyyələrdəki rəsmiləri, beynəlxalq və Avropa Olimpiya Komitələrinin, bir neçə ölkənin olimpiya komitələrinin rəhbərləri mərasimdə iştirak edəcəklər.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 10 minə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin edib.


Əlaqədar

Dmitri Kiselyov: Birinci Avropa Oyunları heyrətamiz hadisə olacaq
Teqlər:
Birinci Avropa Oyunları, Azərbaycan

Əsas mövzular