XİN Azərbaycanın İslam Hərbi Alyansına qoşulması barədə məlumatlara reaksiya verdi

© Sputnik / Murad OrujovXarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik-in sorğusuna cavab verib.

BAKI, 9 yan — Sputnik. Azərbaycanın İslam Hərbi Alyansına qoşulması barədə KİV-də gedən xəbərlərə Xarici İşlər Nazirliyi münasibət bildirib.

Sputnik-in müvafiq sorğusunu cavablandıran XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələnin olmadığını bəyan edib.

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfi təklifi müfəssəl şəkildə təhlil edir" — deyə, Hacıyev bildirib.

Xatırladaq ki, Pakistanın “dunyanews.tv” saytı Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması barədə məlumat yayıb. Məlumata əsasən, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.
Xəbər lenti
0