Lənkəranda atışmada 1 nəfər yaralanıb

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidПистолет Макарова, фото из архива
Пистолет Макарова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atışma nəticəsində Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb

BAKI, 6 yan — Sputnik. Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.

Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.

Xəbər lenti
0