Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb"

© Photo : REPORTƏli Həsənov
Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov: "Rusiyanın yerli sakinlərinin nəzərində Azərbaycanın obrazı həmvətənlərimizin necə yaşamasından və işləməsindən, onların Rusiya mədəniyyətinə münasibətindən asılı olaraq formalaşır"

BAKI, 28 dek — Sputnik. "Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra diasporun təşəkkülü və inkişafı, onun milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi, tarixi vətənlə əlaqələrin güclənməsi respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümummilli lider xarici ölkələr çoxsaylı səfərlərinin gedişində hökmən həmvətənlərimizlə görüşür, onların həyatı və problemləri ilə maraqlanırdı. Nəticədə, 2001-ci ildə diaspor təşkilatlarının inkişafının əsas vektorlarını və onların fəaliyyət perspektivlərini müəyyən edən dünya azərbaycanlılarının I qurultayı keçirildi; dövlət komitəsi yaradıldı, bu, xaricdən yaşayan həmvətənlərimizin sıx birləşməsi, xalqın mədəni irsinin qorunub saxlanması, ölkəmizlə geniş əlaqələr qurulması prosesinə şərait yaratdı".

Sergey Markov - Sputnik Azərbaycan
SİYASƏT
"Azərbaycan - Rusiya münasibətləri ideal səviyyədədir"

"Report"un Moskva müxbiri xəbər verir ki, bunu Rusiya paytaxtında, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) IV qurultayında, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, həyata keçilmiş tədbirlərin heç də tam olmayan bu siyahısı həmvətənlər məsələsinin diqqət mərkəzinə çəkilməsi barədə təsəvvür yaradır: "Bu, Prezident Heydər Əliyevin böyük rolu və xidmətdir. Onun təşəbbüsü ilə dünyanın praktiki olaraq bütün ölkələrində həmvətənlər təşkilatları yaradılmağa başlandı. O cümlədən Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlılar Konqresi yaradıldı. Hazırda 70 çox regionda ÜAK-ın bölmələri fəaliyyət göstərir. Xüsusi qeyd etməliyəm ki, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin bu təşəbbüsü dəstəkləyib".

Prezidentin köməkçisi vurğulayıb ki, mövcud olduğu illər ərzində ÜAK nüfuzlu ictimai təşkilata çevrilib, o, milli bənzərsizliyin qorunub saxlanması, bizim multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük iş aparır: "Ötən illər ərzində Konqres Rusiyanın dövlət hakimiyyət orqanları, aparıcı siyasi partiyaları ilə konstruktiv qarşılıqlı fəaliyyəti tənzimləməyə nail olub. O, digər xalqların Rusiya ərazisində fəaliyyət göstərən birlikləri ilə də səmərəli əməkdaşlıq edir. Əlamətdar haldır ki, ÜAK xeyriyyə aksiyalarında iştirak edir, təhsil və mədəniyyət sahəsində layihələr həyata keçirir. Azərbaycanlıların gənc nəsli də ÜAK-ın diqqət mərkəzindədir. Konqres Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə yönəlmiş layihələr həyata keçirir, bu layihələr Azərbaycanın və Rusiyanın taleyinə laqeyd qalmamaq hissləri formalaşdırır, gəncləri xalqlarımızın tarixi və mədəniyyəti ilə tanış edir. Konqres həm də sədri Leyla Əliyeva olan Rusiya Azərbaycanlı Gənclər Birliyi ilə fəal əməkdaşlıq edir. Konqresin fəaliyyətində mühüm amillərdən biri odur ki, bu təşkilat yüzilliklər boyu sülh və həmrəylik şəraitində yaşamış iki xalq arasında əlaqələndirici həlqədir. Ənənəvi səmimi Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb".

"Bu münasibətlər həmişə qarşılıqlı hörmət prinsipləri üzərində qurulub və mehriban qonşuluq xarakteri daşıyıb. Müasir mərhələyə gəldikdə, qeyd etməliyəm ki, bizim əlaqələrimiz bütün istiqamətlər üzrə durmadan inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin dəfələrlə qeyd ediblər ki, onlar ikitərəfli əməkdaşlığın genişlənməsində, tərəfdaşlığın möhkəmlənməsində maraqlıdırlar. Ümumrusiya Azərbaycanlılar Konqresi və Azərbaycanın Rus İcması bu nəcib işə öz töhfələrini verir. Yeri gəlmişkən, Cənubi Qafqazda ən böyük rus diasporu bizim ölkədə yaşayır, onun nümayəndələri dövlətimizin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Əminəm ki, ÜAK bundan sonra da ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığa kömək edəcək", — Həsənov bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, Rusiyanın yerli sakinlərinin nəzərində Azərbaycanın obrazı həmvətənlərimizin necə yaşamasından və işləməsindən, onların Rusiya adətlərinə, Rusiya mədəniyyətinə və əhalisinə necə münasibət bəsləmələrindən asılı olaraq formalaşır: "Bizim xalqın nümayəndələri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməli, dövlətə və ölkə vətəndaşlarına hörmət göstərməli, Rusiyanın tarixinə və ənənələrinə qayğı ilə yanaşmalı, Rusiyanın müsbət obrazının formalaşmasına kömək etməlidirlər. Bir sözlə, sizi ürəkdən qəbul etmiş ölkənin gələcək inkişafı və firavanlığı üçün hər cür səy göstərməlisiniz. Rusiyanın uğuru sizin nailiyyətiniz, sizin fəxrinizdir. Axı siz, məhz sizin üçün Vətən olmuş bu ölkədə elmi və peşəkar fəaliyyətdə, biznes və istehsal sahəsində yüksək nəticələrə nail olmusunuz. Lakin eyni zamanda, Ümummilli Liderin dediyi kimi, azərbaycanlı adi vətəndaş deyil, elə vətəndaş olmalıdır ki, onun simasında Azərbaycan yüksəlsin, ölkəmizin bayrağı ucalsın. Siz həmin mühüm və möhkəm körpüsünüz ki, bundan sonra da iki qardaş xalq və ölkə arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə şərait yaratmalıdır".

"Ümumrusiya Azərbaycanlıları Konqresinin növbəti qurultayı Azərbaycan Respublikasının və yeni Rusiyanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin qeyd olunduğu ildə keçir. Tarix baxımından bu, nisbətən qısa müddətdir, lakin razılaşın ki, əsrin dörddə biri yalnız öz gücünə güvənmiş və güvənən bizim ölkə üçün əhəmiyyətli müddətdir. Əlamətdar haldır ki, biz bu yubiley tarixinə iqtisadi, sosial və siyasi sahələrdə ciddi uğurlarla gəlmişik. Ötən illər ərzində ölkəmiz böyük nüfuz qazanıb, dünya birliyinin tərkib hissəsinə çevrilib. Bizim hamımızın fəxr etməyimizə əsas var. Axı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir", — Ə. Həsənov vurğulayıb.

Xəbər lenti
0