Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin İlham Əliyevə zəng edib

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

BAKI, 24 dek — Sputnik. Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

Putin dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti
0