06:15 19 Yanvar 2017
Canlı yayım
Azərbaycan Prezidenti İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub

"Yəhudi icması bizim cəmiyyətimizin çox fəal hissəsidir"

© Foto: Benyamin Netanyahunun rəsmi twitter səhifəsi
AZƏRBAYCAN
Qısa URL
9 0 0

İlham Əliyev və Baş nazir Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər

BAKI, 13 dek — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi foto çəkdirdilər.

İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sonra Azərbaycanın Prezidenti, İsrailin Baş naziri və xanımları birgə foto çəkdirdilər. Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Benyamin Netanyahunun təkbətək görüşü oldu.

Prezident İlham Əliyev dedi: "Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. İkinci dəfədir Azərbaycandasınız. Əminəm ki, səfər çox məhsuldar olacaq, münasibətlərimizi gücləndirəcək. Biz yanvarda Davosda görüşdük, indi isə Bakıda görüşürük. Əminəm ki, səfəriniz xoş keçəcək və yaxşı nəticələr əldə olunacaq".

Baş nazir Benyamin Netanyahu dedi: "İkinci dəfə burada olmağıma şadam. Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır. Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var".

Prezident İlham Əliyev: "Yəhudi icması bizim cəmiyyətimizin çox fəal hissəsidir və ölkənin inkişafına çox böyük töhfələr verir. Bu, həqiqətən də ikitərəfli münasibətlərimizdə çox mühüm amildir".

Baş nazir Benyamin Netanyahu: "Mən xalqlarımızın rifahının artırılması, hökumətlərimiz arasında bir çox sahələrdə — ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirə olunmasını səbirsizliklə gözləyirəm".

Əlaqədar

Azərbaycanla İsrail arasında mühüm anlaşmalar əldə olundu
Netanyahu Bakını bəyənib
Netanyahunun Bakı səfərindən gözləntilər
Növbə müsəlman dünyasının iki vacib ölkəsinə çatdı
Teqlər:
Sara Netanyahu, Benyamin Netanyahu, Mehriban Əliyeva, İsrail, İlham Əliyev, Azərbaycan, baş nazir, görüş, prezident, bəyanat

Əsas mövzular