SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Benyamin Netanyahu İlham Əliyevlə Zaqulbada görüşəcək

© AP Photo / Sebastian ScheinerПремьер-министр Израиля Биньямин Нетаньяху, фото из архива
Премьер-министр Израиля Биньямин Нетаньяху, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin baş naziri Azərbaycan prezidenti ilə regional, diplomatik, təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək

BAKI, 13 dek — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər proqramı açıqlanıb. Sputnik İsrail baş nazirinin saytına istinadla xəbər verir ki, Netanyahu həyat yoldaşı Sara ilə birlikdə, diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcək. Baş nazir görüşlər zamanı regional, diplomatik, təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək.

Benyamin Netanyahu - Sputnik Azərbaycan
İsrailin baş naziri Trampdan nə xahiş etdi?

Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə Zaqulbadakı iqamətgahında görüşəcək. Burada onlar arasında ətraf mühitin mühafizəsinə dair müqavilə, həmçinin Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.

Baş nazir Şəhidlər Xiyabanına ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq. O, təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner" yəhudi icmasının təhsil aldığı təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Netanyahu Azərbaycana bu gün səfər edəcək, sabah isə Qazaxıstana yollanacaq. O, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Astanadakı Akorda sarayında görüşəcək.

Xəbər lenti
0