Qaçaqmalçıların Yeni il hazırlığının qarşısı alındı

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidPirotexniki vasitələr
Pirotexniki vasitələr - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində yoxlama aparılıb.

BAKI, 10 dek — Sputnik. Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Sputnik-ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin gödəkcəsində və aşağı ətraflarında xüsusi üsullardan istifadə edilərək gömrük nəzarətindən gizlədilən 233 ədəd pirotexniki vasitələr aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0