QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əli Əhmədov: Minsk qrupunun fəaliyyətində kardinal dəyişiklik olmalıdır

© Sputnik / Murad OrujovƏli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini
Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov: Əks halda, münaqişənin həlli üçün Azərbaycan öz imkanlarından istifadə edəcək.

BAKI, 10 dek — Sputnik. “Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlar hazırkı status- kvonunun qorunub saxlanmasına xidmət edir. Ermənistan bununla münaqişənin həllini mümkün qədər ləngitməyə çalışır. Lakin Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və hüquq normaları əsasında gec-tez həll olunacaq. Əks halda, münaqişənin həlli üçün Azərbaycan öz imkanlarından istifadə edəcək”.  

APA-nın xəbərinə görə, bu sözləri baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə toxunan Ə. Əhmədov bildirib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır: “Amma təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Əlbəttə, mən ATƏT-in Minsk qrupunun fəaliyyətini heçə endirmək istəməzdim. Amma reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Belə olan halda qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur. Bunun hansı formada olmasını deyə bilmərəm. Amma bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq: ATƏT-in tərkibində qalmağa və yaxud Minsk qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək”.

Xəbər lenti
0