10:45 03 Dekabr 2016
Canlı yayım
Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Rusiyaya gedib

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
8 0 0

Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub

BAKI, 29 noy — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının, noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır.

Həmçinin Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub. Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.

Əlaqədar

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub
Müdafiə naziri səhra şəraitində müşavirə keçirib
Müdafiə naziri radiolokasiya sistemlərinə baxış keçirib
ABŞ-ın müdafiə naziri İraqdadır
Müdafiə naziri beynəlxalq konfransda iştirak edib
Müdafiə naziri əsgərlərlə birgə nahar edib
Müdafiə naziri düşmənin mövqelərini müşahidə edib
Teqlər:
MDB, Sergey Şoyqu, Müstəqil Dövlətlər Birliyi, Moskva, Rusiya, müdafiə naziri, Zakir Həsənov, Azərbaycan

Əsas mövzular