Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah hava küləkli olacaq

Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

BAKI, 27 noy — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə  2-5° isti, gündüz  7-11° isti, Bakıda gecə  2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti, dağlarda gecə  0-5° şaxta, gündüz  5-10° isti  olacağı gözlənilir.

Xəbər lenti
0