CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"KİV haqqında" qanuna dəyişikliklər edilir

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bugünkü iclasının gündəliyinə 25 məsələ daxil edilib.

BAKI, 28 okt — Sputnik. Bu gün parlamentin payız sessiyasında növbəti plenar iclas keçirilir.

Sputnik xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxil edilib.

“Dini etiqad azadlığı haqqında”,  “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Televiziya və Radio yayımı haqqında”, “İctimai Televiziya və Radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda, həmçinin Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

İclasda “Kredit Büroları haqqında" qanun layihəsinin müzakirəsi (İkinci oxunuşda), “Məktəbəqədər Təhsil haqqında” qanun layihəsinin müzakirəsi (Birinci oxunuşda), “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə ediləcək. “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin” Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihələrinə baxılacaq.

Xəbər lenti
0