Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik etdi

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"

BAKI, 26 okt — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Sputnik president.az-s istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı — Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram".

Xəbər lenti
0