SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Borçalını ələ keçirməyə hazırlaşır?

© SputnikGürcüstan sərhədi
Gürcüstan sərhədi - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcü siyasətçinin açıqlaması ciddi narazılıqlara səbəb olub

BAKI, 26 okt-Sputnik. "Azərbaycanın Gürcüstanın bir hissəsini ələ keçirmək istəməsi barədə fikirlərə Gürcüstan cəmiyyətinin müəyyən bir kəsimi şərh gözləyir". Bunu Sputnik-ə verdiyi müsahibədə gürcü politoloq Gela Vasadze, bir sıra gürcü siyasətçilərin son vaxtlar bu barədə verdiyi populist bəyanatları şərh edərkən deyib.

© Photo : kavkazplus.comОдин из лидеров "Альянса патриотов" (партии, входящей в парламент Грузии) Давид Тархан-Моурави
Один из лидеров Альянса патриотов (партии, входящей в парламент Грузии) Давид Тархан-Моурави - Sputnik Azərbaycan
Один из лидеров "Альянса патриотов" (партии, входящей в парламент Грузии) Давид Тархан-Моурави

Qeyd edək ki, parlament partiyası "Vətənpərvərlər alyansı"nın liderlərindən biri olan David Tarxan-Mouravi deyib ki, gürcü hakimiyyətinin mənasız yumşaqlığı ucbatından ölkə parçalana bilər: "Belə olan təqdirdə isə, Azərbaycan Marneulini, Ermənistan Cavaxetiyanı, Türkiyə isə Acarıstanı ələ keçirəcək".

Gürcüstan cəmiyyətində ksenofobiya

Vasadzenin sözlərinə görə, Tarxan-Mouravi "Vətənpərvərlər alyansı" partiyasının liderlərindən biridir. O, Acarıstan Ali Şurasına keçirilən seçkilərdə partiya siyahısına rəhbərlik edib və bu şuraya seçilib. Bu partiya özü isə bu il Gürcüstan parlamentinə keçirilən seçkilərdə 6 mandat qazanıb.

© Photo : STRГела Васадзе, грузинский политолог
Гела Васадзе, грузинский политолог - Sputnik Azərbaycan
Гела Васадзе, грузинский политолог

Liderlərdən biri olaraq, Tarxan-Mouravi təbii ki, bütün partiyanın mövqeyini ifadə edib. Və bu mövqe, öz növbəsində Gürcüstan ictimaiyyətinin bir hissəsinin cavab gözlədiyi məsələ barədədir.

"Bəli, bizim ictimaiyyətin etnik milliyyətçilik virusuna yoluxmuş bəlli bir kəsimində yetərincə ksenofobiya var və bunun milli siyasətlə, dövlətin mövcudluğunu təmin edən ideologiya ilə heç bir əlaqəsi yoxdur" — deyə politoloq bildirib.

Vasadze izah edib ki, bu adamlar siyasətdə "Sağ" adlanan oyunu oynayırlar: "Halbuki onların fəaliyyətində bu sağçılıqdan əsər-əlamət yoxdur. Onlar sadəcə Avropada mövcud olan və kifayət qədər mariginal Fransadakı Marin Le Penin "Milli cəbhə" partiyası və digərləri kimi olmağa çalışırlar".

Ekspert deyir ki, "əlbəttə, Le Penlə "Vətənpərvərlər alyansı" partiyaları arasındakı fərq elə Fransa ilə Gürcüstan arasındakı fərq qədərdir. Bu inkişaf səviyyəsi personajların siyasi səhnədəki rolundan görünür".

Gürcüstan gürcülər üçündür?

Vasadze hesab edir ki, ümumilikdə götürdükdə bu, sözügedən qüvvələr üçün təbii olaraq belədir: "Bəli, cəmiyyətin müəyyən bir hissəsi var ki, onlar ksenofob əhval-ruhiyyədədirlər. "Gürcüstan gürcülər üçündür" kimi şüarlar çeynənmiş KQB şüarıdır, hansı ki, Qamsaxurdiyanı (Zviad Qamsaxurdiya — Gürcüstanın ilk prezidenti —red.) bunda günahlandırırdılar".

Sputnik-in həmsöhbəti qeyd edib ki, "Vətənpərvərlər alyansı" bütövlükdə etno-milliyyətçi layihədir: "Əgər onun tərəfdarları olmasaydı, onda o, parlamentə düşə bilməzdi. Düzdür, Gürcüstanda keçirilən seçkilərdə bəzi tənzimləmələr olub, amma sözügedən partiya real olaraq beş faizdən artıq səs toplayıb və bu heç kimdə şübhə doğurmur".

Vasadze əmindir ki, Marneulidə Tarxan-Mourevini ciddi şəkildə dəstəkləyəcək adamlar ola bilməz. Amma öz-özlüyündə bu xəstəlik inkişaf etməmiş demokratik institutlarda əlbəttə daha təhlükəlidir, nəinki Fransada.

"Təhlükə doğuran da odur ki, bu adamlar boşluqdan istifadə edərək öz sosial bazalarını genişləndirə bilərlər. Bu gün həmin boşluq var. Onun sözlərinə görə, bu gün ölkədə mütləq hakimiyyət "Gürcü arzusu" partiyasının əlindədir. Müxalifət isə kifayət qədər zəifdir. Buna görə də, hazırda gürcü cəmiyyətində yeni qüvvələrin meydana çıxacağı gözlənilir", — ekspert bildirib.

"Mən düşünmürəm ki, "Vətənpərvərlər alyansı"nda nəsə alınacaq. Bununla yanaşı, gürcü cəmiyyətinin böyük hissəsi sağlam düşüncəlidir." — deyə politoloq əlavə edib.

Azərbaycan və Türkiyə Gürcüstanı təhdid etmir

Öz növbəsində Gürcüstan parlamentinin Azərbaycan əsilli deputatı Azər Süleymanov Sputnik-ə deyib ki, Tarxan-Mouravinin partiyası gürcü ideologiyasına deyil, nəsə başqa ideologiyaya xidmət edir: "Hər kəsə məlumdur ki, "Vətənpərvərlər alyansı" parlament seçkilərində qələbə qazana bilməyib, sadəcə İvanişvilidən (Bidzina İvanişvili — Gürcüstanın sabiq baş naziri —red.) 6 mandat hədiyyə alıb".

© Photo : Facebook / Azer SuleymanovДепутат от партии Единое национальное движение Азер Сулейманов
Депутат от партии Единое национальное движение Азер Сулейманов - Sputnik Azərbaycan
Депутат от партии Единое национальное движение Азер Сулейманов

"Marneuli və Acarıstana gəlincə, mən dəqiq deyə bilərəm ki, nə Azərbaycan, nə də Türkiyə tərəfdən heç vaxt Gürcüstana qarşı hansısa təhdid olmayıb. Və mən özüm, Marneulidə yaşayan azərbaycanlı kimi, Gürcüstanın suverenliyinə qəsd edən azərbaycanlını öz əllərimlə öldürərəm", — deyə deputat bildirib.

Hər şey seçkiyə hesablanıb

Süleymanovun fikrincə, bütün bu bəyanatlar bu günlərdə Marneulidə keçiriləcək parlament seçkilərinin ikinci turu ilə əlaqədardır: "Bu yolla Tarxan-Mouravi camaata birinci tur zamanı baş verənləri xatırlatmaq istəyir. Amma onlar nədənsə, həmin gərginliyin azərbaycanlılarla gürcülər arasında hansısa milli zəmində fitnə-fəsadlarla əlaqəli olmadığı barədə susurlar".

Deputatın sözlərinə görə, birinci tur zamanı iki azərbaycanlı öz aralarında dava etmişdi: "Bu davada digər millətlərin nümayəndələrindən heç kəs iştirak etməmişdi".

Sputnik-in həmsöhbətinin fikrincə, görünür, "Vətənpərvərlər alyansı"nı etnik azərbaycanlıların Gürcüstanda yaşayan digər xalqlar kimi hüquqlarının olması, seçilməsi və dövlət strukturlarında yer tutması narahat edir: "Biz bu ölkənin vətəndaşlarıyıq, bu, bizim konstitusion hüququmuzdur. Əgər Tarxan-Mouravi bunda Gürcüstan üçün hansısa təhlükə görürsə, mən buna sadəcə təəssüf edirəm. Belə hərəkətlər və bəyanatlarla o, Gürcüstanı haradasa ХVIII əsrə aparır".

Azərbaycana güclü Gürcüstan lazımdır

Süleymanov qeyd edib ki, bu, Acarıstanla bağlı bəyanata da aiddir. Deputat birmənalı olaraq bildirib ki, nə Ərdoğan (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan —red.), nə də hansısa Türkiyə siyasətçisi heç vaxt, heç yerdə Acarıstanın Türkiyənin bir hissəsi olduğunu deməyib və yaxud da ona qarşı hansısa iddia ilə çıxış etməyib.

Deputatın sözlərinə görə, həm türklər, həm azərbaycanlılar, həm də ruslar Acarıstana investisiya qoyublar, çünki Gürcüstanın qapıları hər kəsə açıqdır: "Heç bir azərbaycanlı, heç bir türk heç vaxt Gürcüstana münasibətdə separatçı əhval-ruhiyyədə olmayıb. Biz bu ölkəni heç də gürcülərdən az sevmirik".

Süleymanov həmçinin deyib ki, Azərbaycan Gürcüstanı güclü və sabit görmək istəyir: "Çünki bu ölkələr strateji tərəfdaşdırlar. Həm Gürcüstana, həm də Azərbaycana Marneulidə heç bir intriqa lazım deyil".

Xəbər lenti
0