Sabah qar yağacaq

© Sputnik / Murad OrujovQar
Qar - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizdə yağış, sulu qar və gözlənilir

BAKI, 23 okt-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlinə, sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağış intensiv olacaq.

Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Xəbər lenti
0