İlham Əliyev daha bir rayona səfər edib

Abunə olmaq
Ağstafada səfərdə olan dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib

BAKI, 19 okt — Sputnik. Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib. Sputnik xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

İlham Əliyev Qazax rayonuna səfərə gəlib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Qazax rayonuna səfərə gedib

Sonra Prezident Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub. Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır. Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə "Saloğlu" mebel və "Akkord" tikiş fabriklərinin sərgi salonları açılıb.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Ağstafada “Modern” mebel fabrikinin açılışında iştirak edib
İlham Əliyev Ağstafada “Modern” mebel fabrikinin açılışında iştirak edib - Sputnik Azərbaycan
1/8
İlham Əliyev Ağstafada “Modern” mebel fabrikinin açılışında iştirak edib

2/8
İlham Əliyev Ağstafada “Modern” mebel fabrikinin açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
3/8
İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib

4/8
İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub - Sputnik Azərbaycan
5/8
İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib - Sputnik Azərbaycan
6/8
İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib

7/8
İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib
İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
8/8
İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib
1/8
İlham Əliyev Ağstafada “Modern” mebel fabrikinin açılışında iştirak edib
2/8
İlham Əliyev Ağstafada “Modern” mebel fabrikinin açılışında iştirak edib
3/8
İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib
4/8
İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib
5/8
İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
6/8
İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib
7/8
İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib
8/8
İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib

İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern" mebel fabrikinin açılışında da iştirak edib. Dövlət başçısı əvvəlcə "Saloğlu" mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış olub. Daha sonra Prezident İlham Əliyev "Modern" mebel fabrikini işə salıb. Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir. Dövlət başçısı yeni fabrikin təməlini qoyub.

Prezident Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında da iştirak edib. Mərkəzin binası Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Mərkəzdə Azərbaycanın görkəmli bəstəkarlarının portretləri də asılıb. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı, kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.

Daha sonra İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidentinə məlumat verilib ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.

Prezidentin bunun ardınca "Ağstafa Aqroservis" MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar "Toxumluq taxıl emalı", "Taxıl emalı və un istehsalı" və "Çörək və yarımfabrikatlar istehsalı" zavodlarıdır.

Nəhayət, dövlət başçısı Ağstafada "Karvan-L EKO" sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. Dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını edib, yeni müəssisələrlə tanış olub. Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0