CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil terror nədir?

© Flickr / Sam AzgorViber, WhatsApp и другие мессенджеры
Viber, WhatsApp и другие мессенджеры - Sputnik Azərbaycan
Abunə olmaq
Axı mən də eyni zehniyyətin daşıyıcısıyam, bu bərpa işinin mənə asan mal olmayacağını öncədən bilirdim…

BAKI, 15 okt — Sputnik. Sentyabrın 5-də "Nar Mobile" balansımdan 26 azn silmişdi. O axşam internetdə olmamışam, gecə yatdım, səhər zəng vurmaq istəyəndə balansımda kifayət qədər vəsaitin olmamsı anonsunu eşitdim…

telefon - Sputnik Azərbaycan
CƏMİYYƏT
Reklam xarakterli SMS-lər abunəçiləri cana yığıb

777-lə uzun-uzadı davam edən telefon danışıqlarından sonra nəhayət səhvlərini etiraf edib üzr istədilər və bildirdilər ki, tezliklə silinmiş məbləğ balansa əlavə olunacaq.

Həm də bildirdim ki, mənə cürbər-cür xidmətlərlə bağlı dəxli olmayan mesjlar gəlir, xahiş edirəm bunun qarşısı alınsın. Operator xanımda bu işin artıq çözüldüyünü, bir də mənə bu xarakterli heç bir mesajın gəlməyəcəyini bildirdi. 

Beləcə bir həftə vaxt keçdi, ortada heç nə yox. Amma xidmət mesajları artıq gəlmirdi. Zənglərimdə hər dəfə "mütəxəssislərimiz araşdırma aparır falan" kimi növbətçı cavablarla məni "yola verirdilər". Fakt qarşısında özlərinin də etiraf edikləri xətanın nəyini araşdırıdılar bəlli deyildi…

Nəhayət aradan xeyli keçdikdən sonra mesaj aldım ki, "itirilmiş məbləğ balansınıza bərpa olundu". Mesajın mətnu bunu müjdələsə də, əslində heç nə bərpa olunmamışdı.

Screenshot
Screenshot - Sputnik Azərbaycan
Screenshot

777-yə zəng vurub problemin çözülmədyini dedim. Onlar da yenidən "üzr istəyib" bu dəfə təsdiq mesajı gəlməsinə rəğmən balansın niyə bərpa olunmamasını araşdıracaqlarını dedilər. Başladı yenidən ötür-ötür…

Hər zəngimdə fərqli operatorlara təkrar-tərkrar izahatlar vermək məcburiyyətində qalırdım. Halbu ki, qeydiyyata alınıb həlli təmin olunmamış şikayət haqqında onlar artıq məlumatlı olmalı idilər. 

Telefon - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ayıq olun: sizin üçün "sms-tələ" qurulub

Mövzuyla bağlı telefon danışıqlarıma şahid olan ətrafdakılar bu işin başını buraxıb, boşuna əsəblərimi pozmamağı məsləhət görürdülər.

Daha bir həftə də belə dartışmalarda keçdı. Nəhayət bir gün itirilmiş məbləğin balansa qaytarıldığını gördüm. Bu işə 2 həftədən çox vaxt və əsəblərimi sərf etmişdim.

Ofisdəki digər "nar qurbanları" bu nəticədən havalara girsələr də, zarafatyana onlara dedim ki, görün indi bunun 5 qatını məndən necə çıxırlar.

Və başlandı…

Telefonuma müxtəlif saytlarda çeşidli xidmətlərə abunə olmağım haqqında mesajlar daxıl olmağa başladı… 

Dinlət parçası belə getdi, servis club xidmətinə görə gündə 0,59 azn ödəməliyəm, Mycell Klub xidmətinə görə hər gün balansımdan 0,59 azn silinəcək və s…

Haker - Sputnik Azərbaycan
Mobil operatorun milyonlarla abunəçisinin məlumatları oğurlandı

Yenə də 777-yə yığıb operatora bildirdim ki, mən bu xidmətlərə abuna olmamışam, imkan varsa məni rahat buraxın. O da bildirdi ki, bu iş onlarlıq deyil, xidmət və kampaniyalara görə çıxılan vəsaitlərlə bağlı Novigator Kontent provayderlə əlaqə saxlayım… Aldığım əlaqə nömrəsində də ya iş saatı olmur ya da ki, dəstəyi qaldıran yoxdur.

Ən azından 18 il informasiya texnologiyaları sahəsində çalışan bir şəxs kimi, sözü gedən xidmətlərə abunə olmadığımı texniki vasitələrlə sübüt etməyə hazıram (loqlar, ziyarət tarixçəsi və s).

Bu yazını yazarkən, maraqdan mesajda guya xidmətinə abunə olduğum saytlardan birinə girib baxmaq istədim. Vallahi-billahi o saytda qeydiyyatdan keçmək hər adamın işi deyil… Layihələndirilmə intuitiv və asan anlaşılan olmadığında orda qeydiyyatdan keçmək üçün xüsusi canfəşanlıq və hazırlığın olmalıdır… 

Nar məni dolayısı ilə olsa da, mesajlarda reklam etdiyi saytlardan birinə axır ki, yönəldə bildi, — BRAVO!

İndi abunəçiliklə bağlı gələn mesjlara "STOP ALL" yazmaqla məşğulam. Xidmətlərin dayandırılması haqda təsdiq cavabı alsam da, balansa hər vəsait vurduğumda bu xidmətlər hardansa yenidən peyda olur…

Axı mən də eyni zehniyyətin daşıyıcısıyam, bu bərpa işinin mənə asan mal olmayacağını öncədən bilirdim…

Xəbər lenti
0