"Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin İstanbul energetika forumundakı çıxışı
Prezident İlham Əliyevin İstanbul energetika forumundakı çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: ""Böyük 20"-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram"

BAKI, 10 okt — Sputnik. "Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı". "Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
"Türkiyəyə güvənən peşman olmayacaq"

Dövlət başçısı bildirib ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu: "Biz Azərbaycanda sizinlə fəxr edirik".

İlham Əliyev qeyd edib ki, Türkiyə uğurla, inamla irəliyə gedir: Türkiyə "Böyük 20"-lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, "Böyük 20"-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram".

"Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır", — Azərbaycanın dövlət başçısı vurğulayıb.

Xəbər lenti
0