Exit-poll təşkilatları nəticələri açıqladılar

© Sputnik / Murad Orujov“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova
“ELS”  Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın “Opinion Way”, “ELS” - Müstəqil Araşdırmalar Mərkəzi və Birləşmiş Ştatların “AJF&Associated,Inc” (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası) təşkilatı keçirdikləri exit-poll-un nəticələrini açıqlayıblar.

BAKI, 26 sen — Sputnik. Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.

Təşkilatın nümayəndələrinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında qeyd ediblər ki, “exit-poll” tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.

© Sputnik / Murad OrujovFransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb - Sputnik Azərbaycan
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb

“ELS” — Müstəqil Araşdırmalar Mərkəzi də referendumla əlaqədar keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. 

Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, "exit-poll” ölkə ərazisində 400 seçki məntəqəsində həyata keçirilib. Onun sözlərinə görə, çıxışda sorğu  Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsini əhatə edib: "Bu gün saat 08:00-dan başlayan sorğu 18:00-dək davam edib". 

O qeyd edib ki, saat 18:00-dək olan seçici fəallığı 65,1% təşkil edib.

© Sputnik / Murad OrujovBirləşmiş Ştatların “AJF&Associated, Inc” təşkilatının vitse-prezidenti Corc Börnbraun (fotoda mərkəzdə)
Birləşmiş Ştatların “AJF&Associated, Inc” təşkilatının vitse-prezidenti Corc Börnbraun (fotoda mərkəzdə) - Sputnik Azərbaycan
Birləşmiş Ştatların “AJF&Associated, Inc” təşkilatının vitse-prezidenti Corc Börnbraun (fotoda mərkəzdə)

“26 sentyabr Referendumu ilə bağlı keçirilmiş Exit-pollda seçici aktivliyi 67,5% olub”. Bunu Birləşmiş Ştatların “AJF&Associated,Inc” (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası) təşkilatının vitse-prezidenti Corc Börnbraun səsvermə başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında deyib. 

100 seçki dairəsindəki 450 məntəqədə “Exit-poll” sorğusu keçirdiklərini deyən Amerikalı nümayəndə, prosesdə 30 supervayzer, 900 intervüçü və 60 operatorun iştirak etdiyini bildirib:

“Exit-Poll bir gün ərzində əvvəlcədən müəyyən edilmiş və razılaşdırılmış seçki məntəqələri ərazisində keçirilib və səsvermə başladığı vaxtdan seçki qurtarana bir neçə saat qalan müddət ərzində aparılıb”.

Corc Börnbraun sonda keçirdikləri “Exit-Poll”-un nəticələrini açıqlayıb. Həmin nəticələri sizə təqdim edirik:

1. Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda dəyişikliklər bloku (Bəli — 87,3%, Xeyr – 12,7%)

2. Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı təkliflər bloku (Bəli – 89,7%, Xeyr – 10,3%)

3. İnsan hüquqları və onların təminatı sahəsində dəyişikliklər bloku (Bəli — 88,3%, Xeyr — 11,7%)

4. Azərbaycanda sosial təminatlar bloku (Bəli — 86,5%, Xeyr – 13,5%)

Amerikalı müşahidəçinin sözlərinə görə ümumilikdə 88,9% seçici Referenduma müsbət səs verib. 

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0