Bu gün Azərbaycanda "sükut günü"dür

© Sputnik / Murad OrujovDövlət Bayrağı meydanı
Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan
Abunə olmaq
Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bu gün - sentyabrın 25-i Azərbaycanda sükut günüdür.

BAKI, 25 sen — Sputnik. Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış — sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək — sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.

Xəbər lenti
0