Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan Prezidenti Rusiya Baş nazirinə məktub göndərdi

© Photo : Официальный сайт Президента Азербайджанаİlham Əliyev və Dmitri Medvedyev
İlham Əliyev və Dmitri Medvedyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Bu qələbə partiyanızın dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir"

BAKI, 19 sen — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının baş nazir Dmitri Medvedyevə təbrik məktubu ünvanlayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

RLDP-nin lideri Vladimir Jirinpovski - Sputnik Azərbaycan
RUSİYA
Jirinovski razıdır, müxalifət narazı

"Hörmətli Dmitri Anatolyeviç, Sizin başçılıq etdiyiniz "Yedinaya Rossiya" partiyasının Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu qələbə Sizin partiyaya və onun dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması və ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın firavanlığı naminə Azərbaycan ilə Rusiya arasında mehriban, ənənəvi dostluq münasibətlərinin genişlənməsinə, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsinə kömək edəcək.

Hörmətli Dmitri Anatolyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Xəbər lenti
0