CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu bölgəyə bir gələn sevinir, bir də gedən...

© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın havası sərin, qiymətləri "isti" istirahət guşəsi: Yol qalxdıqca qiymətlər də qalxır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 avq — Sputnik. Azərbaycanın füsunkar təbiətə malik Göygöl rayonu yerli və xarici turistlərin ölkəmizdə üz tutduqları əsas bölgələrdəndir. Bu rayonda dövlət təbiət qoruğu olan eyniadlı göl və Maralgöldən başqa, meşəlik ərazi ilə axan Kürəkçayın hövzəsi də insanların istirahət üçün getdiyi əsas yerlərdəndir.

Burada istirahətin həm cibinizə həm səhhətinizə xeyri dəyəcək - Sputnik Azərbaycan
Bu məkana bir gələn "bir də gəlim" deyir

Lakin nə qədər gözəlliyi ilə aləmə səs salsa da, burada turistləri narazı salan amillər var. Məsələn, Göygölün kənd yolları boyunca, evinin qarşısında təndir çörəyi satan qadınları, əllərində çiçək satan uşaqlar və kəsdikləri heyvanın ətini şaqqalayan qəssabları görmək mümkündür. Lakin onların təklif etdiyi qiymətlər normal bazar qiymətlərindən, azı iki dəfə bahadır.

Misal üçün, normalda 50 qəpiyə aldığımız təndir çörəyi burada 1 manata satılır. Bal, qaymaq, xama və sair kimi qida məhsulları barədə də eyni sözü söyləmək olar. Hətta, "qanı qiymətinə" aldığı xamadan bir-iki qaşıq yedikdən sonra altının turşumuş olduğunu görənlər də olur.

"Məcbur olub alacaqlar" pirinsipi ilə hərəkət edən yerli sakinlər öz alverlərində olsun, biz keçək daha ciddi problemə — ərazi boyunca ən hündürdə məntəqədə yerləşən Toğana kəndinə.

© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
1/7
Göygöl rayonu Toğanalı kəndi.
© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
2/7
Göygöl rayonu Toğanalı kəndi.
© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
3/7
Göygöl rayonu Toğanalı kəndi.
© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
4/7
Göygöl rayonu Toğanalı kəndi.
© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
5/7
Göygöl rayonu Toğanalı kəndi.
© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
6/7
Göygöl rayonu Toğanalı kəndi.
© Sputnik / İlham MustafaGöygöl rayonu Toğanalı kəndi.
Göygöl rayonu Toğanalı kəndi - Sputnik Azərbaycan
7/7
Göygöl rayonu Toğanalı kəndi.
1/7
Göygöl rayonu Toğanalı kəndi.
2/7
Göygöl rayonu Toğanalı kəndi.
3/7
Göygöl rayonu Toğanalı kəndi.
4/7
Göygöl rayonu Toğanalı kəndi.
5/7
Göygöl rayonu Toğanalı kəndi.
6/7
Göygöl rayonu Toğanalı kəndi.
7/7
Göygöl rayonu Toğanalı kəndi.

Burada yol boyu hər iki addımdan bir qarşıya çıxan restoran və kiçik yeməkxanalar kəndin, az qala yarısını zəbt edib. Bunları keçib, kənd ərazisindən axan Kürəkçayın sahilində özünə 1-2 metrlik yer tapıb dincəlmək istəyənlərin arzusu isə elə arzu olaraq qalır. Səbəb isə bütün çay boyu hər iki sahildə yalnız restoranlar və çəpərlənmiş ərazilərin olmasıdır.

Yəni bu ərazidə bir turistin istirahət etməsi üçün, mütləq hansısa restoran sahibindən icarəyə yer götürməlidir. Hətta, bura gələn insanın çayın kənarına düşüb dağ suyu ilə əl-üzünü yuması, sərinləməsi üçün belə, açıq ərazi qalmayıb. Qısası, 1 manata çörək, 3-5 manata qarpız, bir o qədərə pendir alıb, çəpərlənmiş ərazi sahiblərinə 15-20 manat pul ödəməklə, "xoş" istirahət edə bilərsiniz. Manqal yandırıb kabab çəkmək istəyənlər isə, bunun müqabilində ayrıca manqalpulu, yaxud şişhesabı da ödəmlidirlər.

Gözəl mənzərəsi və təmiz havası ilə məşhur olan Kürəkçayın sahilində bir gecə qalmaq da o qədər də ucuz başa gəlmir. Kotec tipli mehmanxana kirayələmək istəyənlər bir gecə üçün 80 manat, çəpərlənmış yerlərdə isə 1 otaqlı və hamam otağı olmayan mənzildə qalmaq istəyənlər isə 20-30 manat ödəniş etməlidirlər.

Turistləri narahat edən digər səbəblərdən biri də çay hövzəsinin həddən artıq tullantılarla zibillənməsidir. Burada istənilən növ şüşə, plastik butılkalardan tutmuş, hər cür meyvə-tərəvəz qalıqlarına rast gəlmək mümkündür.

Çəpərlənmiş ərazilərin sahibləri ilə söhbətləşmək imkanımız da oldu. Onlar həmin əraziləri kənd bələdiyyəsindən icarəyə götürdüklərini bildirdilər.

Toğana kənd bələdiyəsinin sədri Qurban Quliyev Sputnik əməkdaşı ilə söhbətində, çayın sol sahilindəki bir hissə ərazinin vətəndaşlara icarəyə verdiklərini təsdiqlədi. Digər sahilin isə rayon Meşə İdarəsi tərəfindən müqavilə ilə sahibkarlara verildiyini öyrəndik.

Bəs görəsən, istirahət etmək istəyən vətəndaş yaşadığı ölkədə əlavə xərc çəkmədən, kimlər üçünsə əlavə qazanc mənbəyinə çevrilmədən istirahət etmək üçün haralara üz tutmalıdır?

Xəbər lenti
0