Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

© APARusiya və Azərbaycanın müdafiə nazirləri - Sergey Şoyqu və Zakir Həsənov
Rusiya və Azərbaycanın müdafiə nazirləri - Sergey Şoyqu və Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Şoyqu: "Bizim hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı bəzi düzəliş və həll tələb edən böyük bir proqramımız var. Əminəm ki, biz bu məsələlərin həll yollarını tapacağıq"

BAKI, 15 avq — Sputnik. Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Sputnik RİA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Xəzər regionunun təhlükəsizliyi məsələlərinin müzakirəsi planlaşdırılıb.

Сергей Шойгу. Архивное фото - Sputnik Azərbaycan
Sergey Şoyqu Azərbaycanda səfərdədir

"Düşünürəm ki, bizim bu regiondakı və Yaxın Şərqdəki təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etmək imkanımız olacaq. Bundan əlavə, bizim hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı bəzi düzəliş və həll tələb edən böyük bir proqramımız var. Əminəm ki, biz bu məsələlərin həll yollarını tapacağıq", — deyə S.Şoyqu bildirib.

Onun sözlərinə görə, tərəflər eyni zamanda Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik üzrə görüləcək birgə işləri müzakirə edəcək: "Ümid edirəm ki, ötən il hazırladığımız plan və proqramlar tam şəkildə həyata keçiriləcək".

Rusiyalı nazir, həmçinin bildirib ki, Rusiya nümayəndə heyətinin tərkibində iki ölkənin hərbi və hərbi-texniki əməkdaşlıq üzrə proqramını həyata keçirən mütəxəssislər də var.

Zakir Həsənov isə öz növbəsində bildirib ki, Şoyqunun səfəri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi və hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Şoyqunun rəhbərlik etdiyi Rusiya hərbi nümayəndə heyəti bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Fəxri Xiyabanındakı məzarına əklil qoyub.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Xəbər lenti
0