SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və İran prezidentləri avqustda Bakıya gələcəklər

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiPrezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində
Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Xarici İşlər Nazirliyi üç ölkənin prezidentlərinin birgə görüşünün keçiriləcəyini açıqlayıb

BAKI, 12 iyul — Sputnik. Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü avqust ayında Bakı şəhərində keçiriləcək. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb

Bir qədər əvvəl Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçiriləcəyini bildirmişdi. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünə hazırlıq gedir. Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır.

Ondan əvvəl isə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan, İran və Rusiya prezidentlərinin bu ilin ikinci yarısında görüşəcəklərini demişdi. O, bu görüşün Bakıda baş tutacağını bildirmişdi.

Görüşün məqsədi ilə bağlı rəsmi açıqlama verilməsə də, diplomatik mənbələr bunun regionun geosiyasi gələcəyi, üçtərəfli əməkdaşlıq, regional enerji təhlükəsizliyi, Xəzərin birgə qorunması ilə bağlı olacağını bildirirlər.

Xəbər lenti
0