Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İraq prezidenti İlham Əliyevdən kömək istəyib

© AFP 2023 / JACQUES DEMARTHONİraq prezidenti Fuad Məsum
İraq prezidenti Fuad Məsum - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Məsum azərbaycanlı həmkarından, İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini xahiş edib

BAKI, 1 iyul — Sputnik. İraq prezidenti Fuad Məsum Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. APA-nın məlumatına görə, F. Məsum İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan prezidentindən xahiş edib.

Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir - Sputnik Azərbaycan
Azərbaycan Prezidentindən "dördgünlük müharibə" dəyərləndirməsi

Qeyd olunub ki, İraq dövləti 7 ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.

Bildirilib ki, 2016-cı il iyulun 10-20-də İstanbulda Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçiriləcək. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rolu oynadığı və buna görə də UNESCO Ümumdünya İrsi Komitəsinə üzv seçildiyi vurğulanan müraciətdə qeyd edilib ki, İraq dövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.

Xəbər lenti
0