Senat Azərbaycan və Ermənistana yardım ayrılmasını təsdiqlədi

© Photo : news.bigmir.netABŞ senatı
ABŞ senatı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana 10.9 milyon, Ermənistana isə 24.1 milyon dollar həcmində maliyyə yardımının ayırılması haqda sənəd təsdiqlənib

BAKI, 30 iyun — Sputnik. ABŞ Senatı 2017-ci il üçün Azərbaycana 10.9 milyon dollar, Ermənistana isə 24.1 milyon dollar həcmində maliyyə yardımının ayırılması haqda sənədi təsdiqləyib. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsinə Azərbaycan və Ermənistan üçün bərabər həcmdə, hər birinə 22 milyon dollar maliyyə yardımı ayrılması təklif edilirdi.

Xəbər lenti
0