Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbul terrorunda zərərçəkənlər arasında AZAL-ın sərnişini yoxdur

© REUTERS / Ismail Coskun/IHLAS News AgencyHava limanındakı terror nəticəsində yaralanmış insanlar
Hava limanındakı terror nəticəsində yaralanmış insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Paşa Kəsəmənski: "Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb"

BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları yoxdur. Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

"Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb", — deyə P.Kəsəmənski əlavə edib.

Onun sözlərinə görə, terror hadisəsi baş verənədək bizim sərnişinlərin qeydiyyatı başa çatıb və onlar AZAL-ın heyəti ilə birgə gözləmə zalında olublar: "Buna görə də hadisə sərnişinlərimiz arasında zərərçəkən olmayıb. Onlar hazırda da gözləmə zalındadırlar".

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. NTV telekanalının yaydığı məlumata görə, partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb.

Türkiyənin ən böyük hava limanında ard-arda iki partlayış törədilib - Sputnik Azərbaycan
İstanbulda dəhşətli terror: xeyli sayda ölən və yaralanan var

Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib. Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

Yerli mətbuatın məlumatına görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş bir neçə nəfər terminalın binasının baxış məntəqəsində qumbara atıb. Hadisənin terror aktı olduğu və nəticədə, ən azı 10 nəfərin dünyasını dəyişdiyi bildirilir.

Ədliyyə naziri Bəkir Bozdağ terror aktı zamanı iyirmidən çox insanın yaralandığını bildirib. KİV-də yayılan digər məlumatlarda yaralıların sayının 40-dan çox olduğu deyilir.

Xəbər lenti
0