QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Onun şəhid olacağını qızı bir həftə öncədən hiss edibmiş...

© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan, Könül xanım və qızları Zəhra
Urfan, Könül xanım və qızları Zəhra - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhid pilotun xanımı: "Qapıdan çıxanda dedim, "gəl, səni qucaqlayım, birdən sənə nəsə olar". Yola saldım, ardınca su atdım. Sonra dedim, balkondan da su atım. Amma su atanda qab əlimdən düşdü"

İradə CƏLİL, Sputnik Azərbaycan

Köçüb gedəcəyəm göylərə bir gün
Sənsiz bu yerlərdə qalmayacağam.
Yağışlar yağarsa, hər gecə, hər gün
Bil ki, mən səninçün ağlayacağam.

(E. Tahiroğlu)

BAKI, 26 iyun — Sputnik. Heç vaxt ağlına gətirmirsən ki, bir gün o olmaz, bir gün onsuz qala bilərsən. Onunla yaşlanacağını düşünürsən. Son nəfəsini belə, onunla birlikdə verəcəyinə inandırırsan özünü. Bəzən ani olaraq onsuz həyat ağlından keçəndə iki damla yaş gilələnir gözlərində. Həmişə Allahına yalvarırsan ki, səni ondan tez alsın yanına.

O sənin hərşeyindir həyatda. O qədər sevirsən ki, ölümü də seçərsən, təki onu itirməyəsən. Çox qorxursan onu itirməkdən. Elə bilirsən ki, o olmasa, dünya alt-üst olar.

Təbrizin yazdığı son mesajı : Səni sevirəm… - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu eşq hekayəsini sonadək dinləmək ürək tələb edir

Və bir gün qorxduğun başına gəlir. Dünya alt-üst olur. Sənin dünyan. Ruh kimi gəzirsən. Sanki, içindən bir parçanı qoparıblar, yeri qanayıb, sızıldayır. İçində elə ağrı var ki, ağlasan da, hönkürsən də, başını divarlara çırpsan da, keçən deyil.

Bəzən əlini qaldırmağa belə, həvəsin olmur, nəfəs belə, almağa… "Axı, sənsiz mən kiməm?" deyə sual verirsən onun şəkillərdən boylanan gözlərinə. Xəyallarıyla danışırsan, "niyə məni sənsiz buraxdın, mənə necə qıydın?" deyib hayqırırsan içində. Boğazın qəhərlənir, nəfəsin kəsilir "Allahım, nədir bu dərdin adı?" deyə hönkür-hönkür ağlayırsan. Həm özünə, həm ona, həm də ondan yadigar qalmış balalarına.

Səni sevirəm…

Könül Onu dəli kimi sevirdi. Dilinə gətirməyə çəkinsə də, utansa da. O Urfanı sevirdi. Urfan onun bu həyatda dayağıydı, sığınacaq tək insan idi. Bilirdi ki, hamı onu tərk etsə də, Urfan etməz. Bilirdi ki, hamı getsə də, Urfan getməz.

Amma heç nə Könülün bildiyi kimi deyildi. Urfan gedəcəkdi, "səni sevirəm" dediyi Könülünü bir gün əbədilik tərk edəcəkdi.

Könülün qardaşıyla danışmışdım aylar öncə. Könüllə görüşmək istədiyimi demişdim. İstəyimi ona çatdıracağına söz vermişdi. Aradan aylar keçsə də, Könüldən bir səs yox idi. Başa düşürdüm onu da. Bu dərdlə yaşamaq ağır idi. Bu dərdi kiminləsə paylaşmaq ondan da ağır.

İtən məhəbbət

Ötən gün telefonuma zəng gəldi. Könül idi. "Gəl" dedi. Getdim, görüşdük. Urfanla Könül eyni sinifdə oxuyurmuş. Könül danışır ki, o vaxtlar Urfanın bığı olduğu üçün, ondan xoşu gəlmirmiş: "Bəzən düşünürdüm ki, bunun bığları var, yəqin bizdən böyükdür. O isə çox ağırtəbiətli, ciddi bir oğlan idi. Mənə elə gəlirdi ki, o, mənə qarşı biganə deyil".

"Bir dəfə məktəbə gələndə gördüm, lövhədə yazılıb ki, "Urfan Könülü sevir". O qədər pis olmuşdum ki… Sonralar ondan soruşanda deyirdi ki, "səndən xoşum gəlirdi, özüm qabaq sırada oturub, güzgü ilə sənə baxırdım. Amma mən ondan uzaq gəzirdim. Hətta "Son zəng" də məni rəqsə dəvət edəndə acılamışdım onu", — danışır Könül.

Könül Urfandan uzaq qaçmağa çalışsa da, onu Urfana nəsə bağlayırdı. Ara-sıra Urfanı yuxda görürmüş. Hər dəfəsində Urfanın onunla küsülü olduğunu, Urfanı incitdiyini hiss edirmiş yuxularında. Aradan 8 il keçir. Və 2003-cü ildə Könüllə Urfan yenidən qarşılaşır. Bu qarşılaşma fərqli olur. Əvvəlcə telefon zəngləri ilə başlayan münasibətlər, sonradan dəli bir sevgiyə çevrilir.

© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan (arxa sırada soldan 3-cü) birinci sinifdə oxuyarkən.
Urfan (arxa sırada soldan 3-cü) birinci sinifdə oxuyarkən - Sputnik Azərbaycan
1/14
Urfan (arxa sırada soldan 3-cü) birinci sinifdə oxuyarkən.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviİndi o böyük sevgidən xatirə qalan ancaq şəkillərdi.
İndi o böyük sevgidən xatirə qalan ancaq şəkillərdi - Sputnik Azərbaycan
2/14
İndi o böyük sevgidən xatirə qalan ancaq şəkillərdi.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan Vəlizadə atası və anası ilə.
Urfan Vəlizadə atası və anası ilə - Sputnik Azərbaycan
3/14
Urfan Vəlizadə atası və anası ilə.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviSoldan sağa: Könül xanımın anası, qardaşı, atası, özü və Urfan.
Soldan sağa: Könül xanımın anası, qardaşı, atası, özü və Urfan - Sputnik Azərbaycan
4/14
Soldan sağa: Könül xanımın anası, qardaşı, atası, özü və Urfan.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan və Könülün toy günü.
Urfan və Könülün toy günü - Sputnik Azərbaycan
5/14
Urfan və Könülün toy günü.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan Vəlizadə həyat yoldaşı Könül xanım ilə.
Urfan Vəlizadə həyat yoldaşı Könül xanım ilə - Sputnik Azərbaycan
6/14
Urfan Vəlizadə həyat yoldaşı Könül xanım ilə.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan, Könül xanım və qızları Zəhra.
Urfan, Könül xanım və qızları Zəhra - Sputnik Azərbaycan
7/14
Urfan, Könül xanım və qızları Zəhra.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxivi2014-cü ildə Urfana işdən xaricə səfərə çıxmağa icazə verirlər – ailəsini İzmirə, Kuş adasına tətilə aparır.
2014-cü ildə Urfana işdən xaricə səfərə çıxmağa icazə verirlər – ailəsini İzmirə, Kuş adasına tətilə aparır - Sputnik Azərbaycan
8/14
2014-cü ildə Urfana işdən xaricə səfərə çıxmağa icazə verirlər – ailəsini İzmirə, Kuş adasına tətilə aparır.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviDostlarla birgə.
Dostlarla birgə - Sputnik Azərbaycan
9/14
Dostlarla birgə.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviUrfan, Könül xanım, Zəhra və Urfanın bacısı Xuraman xanımın ailəsi.
Urfan, Könül xanım, Zəhra və Urfanın bacısı Xuraman xanımın ailəsi - Sputnik Azərbaycan
10/14
Urfan, Könül xanım, Zəhra və Urfanın bacısı Xuraman xanımın ailəsi.
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxiviXuraman xanım, Urfan və Könül xanım.
Xuraman xanım, Urfan və Könül xanım - Sputnik Azərbaycan
11/14
Xuraman xanım, Urfan və Könül xanım.
© Sputnik / IRADE CELILZəhra bibisi Xuraman və ana nənəsi Qətibə xanımla.
Zəhra bibisi Xuraman və ana nənəsi Qətibə xanımla - Sputnik Azərbaycan
12/14
Zəhra bibisi Xuraman və ana nənəsi Qətibə xanımla.
© Sputnik / IRADE CELILZəhra atasını hər gecə yuxuda gördüyünü, amma yadında saxlaya bilmədiyini deyir.
Zəhra atasını hər gecə yuxuda gördüyünü, amma yadında saxlaya bilmədiyini deyir - Sputnik Azərbaycan
13/14
Zəhra atasını hər gecə yuxuda gördüyünü, amma yadında saxlaya bilmədiyini deyir.
© Sputnik / IRADE CELILAilənin sonbeşiyi Betül.
Ailənin sonbeşiyi Betül - Sputnik Azərbaycan
14/14
Ailənin sonbeşiyi Betül.
1/14
Urfan (arxa sırada soldan 3-cü) birinci sinifdə oxuyarkən.
2/14
İndi o böyük sevgidən xatirə qalan ancaq şəkillərdi.
3/14
Urfan Vəlizadə atası və anası ilə.
4/14
Soldan sağa: Könül xanımın anası, qardaşı, atası, özü və Urfan.
5/14
Urfan və Könülün toy günü.
6/14
Urfan Vəlizadə həyat yoldaşı Könül xanım ilə.
7/14
Urfan, Könül xanım və qızları Zəhra.
8/14
2014-cü ildə Urfana işdən xaricə səfərə çıxmağa icazə verirlər – ailəsini İzmirə, Kuş adasına tətilə aparır.
9/14
Dostlarla birgə.
10/14
Urfan, Könül xanım, Zəhra və Urfanın bacısı Xuraman xanımın ailəsi.
11/14
Xuraman xanım, Urfan və Könül xanım.
12/14
Zəhra bibisi Xuraman və ana nənəsi Qətibə xanımla.
13/14
Zəhra atasını hər gecə yuxuda gördüyünü, amma yadında saxlaya bilmədiyini deyir.
14/14
Ailənin sonbeşiyi Betül.

Urfanın maddi çətinlikləri olduğundan, Könül Urfan gözləyir. O, Urfanı sevsə də, heç vaxt bir pilotla, üstəlik həmyaşıd olduğu biri ilə ailə həyatı qurmağı düşünmürmüş. Amma Urfanın sevgisi Köünülün düşüncələrinə üstün gəlir.

Urfan həftədə bir dəfə ona verilən istirahət günlərində Könülü görmək üçün Kürdəmirdən Bakıya gələrmiş: "Hər dəfə bir bahanə ilə evdən çıxmağa çalışırdım. Anam mühafizəkar qadındı. İcazə verməzdi. O qədər iş tapşırardı ki, bir də görürdim, görüşə 2 saat gecikmişəm. Urfan isə səbrlə gözləyərdi. 2005-ci ildə nişanlandıq. Toya hazırlaşırdıq ki, Urfanın anası infarkt keçirərək dünyasını dəyişdi. Qohumlar dedilər ki, 3 kişi — Urfan, atası və qardaşı tək qalıb, toy mütləq olmalıdır".

Milli Qəhrəman Samid İmanov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yaralı halda əlində qumbara tutubmuş ki, əgər əsir düşərsə..."

"Mən yay toyu arzulamırdım. Amma toyumuz iyunun 26-da oldu. Biz evləndik. Xoşbəxt idim. İlk övladma hamilə qaldım. Amma 9 ayın tamamında uşaq bətnimdə öldü, doğulmadı. Böyük depressiyaya düşmüşdüm. 3 ay sonra Zəhraya hamilə qaldım. Urfan hər zaman dayağım oldu", — deyir müsahibimiz.

Könül nişanlı olduğu dövrdə şəkər xəstəliyinə tutulur: "Bilmirəm stresdən idi, nədən idi, şəkərə tutuldum. Özü aparırdı həkimə, dərmanlarımı alar, üstünü yazıb mənə verirdi ki, qəbul edim. Mənim üçün çox qorxurdu. Həkimlər mənə icazə vermirdi uşağım olsun. Həmişə deyirdi ki, "Könül, mən istəyirdim, 4 uşağım olsun, amma sən hamıdan önəmlisən, təki, sənə heç nə olmasın". Artıq Zəhra da böyümüşdü".

2014-cü ildə Urfana işdən xaricə səfərə çıxmağa icazə verirlər: "Bizim üçün bir həftəlik İzmirə, Kuş adasına tətil rəşkil etmişdi. Orada çox gözəl günlər keçirdik. Sonra Betül dünyaya gəldi. Urfan Betülə "ay parçam" deyirdi".

Urfan Könülə isə "yavrum" deyə müraciət edirmiş: "Hər gün evə gələndə zəng edirdi ki, "yavrum, evə nə lazımdır?". O bizi ovcunun içində saxlayırdı".

Təbrizlə Urfanın dostluğu

Könül danışır ki, Urfanla Təbriz Musazadə arasında yaxın dostluq olub: "Təbriz deyirdi ki, "Urfan mənim kumirimdir". Deyirdi ki, "Urfan, sən təqaüdə çıxanda o paltarlarını verərsən, mən geyinəcəm". Təbriz mənə "yengə" deyirdi. O, bizim evimizə çox gəlib-gedib. Mən Təbrizi qardaşım kimi çox istəyirdim. Çox mərd oğlan idi".

Urfan sonuncu dəfə 2016-cı il martın 31-də evdən çıxır: "Evə gəldi, çantasını yığmağa başladı. Dedim, Urfan yenə gedirsən? Dedi, "narahat olma". Sonra uşaqlarını qucaqladı, öpdü, qoxuladı. Ürəyimə pis gəldi ki, bu, uşaqların qoxusunu niyə içinə çəkir. Həmişə gedəndə mənə pulun, sənədlərin yerini deyərdi. Bu dəfə demədi. Yemək hazırladım, yedi. Sonra qapıdan çıxanda dedim, "gəl, səni qucaqlayım, birdən sənə nəsə olar". Dedi, "ay qız, dəli-dəli danışma". Yola saldım, ardınca su atdım. Dedim, qoy, balkondan da su atım. Su atanda qab əlimdən düşdü".

Aprelin 1-də telefonla danışırlar, Urfan sabah gələcəyini deyir: "Səhərisi gün Ürfan yenə zəng vurdu. Anamın da ad günü idi. Dedi, get, hədiyyəni al, mən gələndə mən də alaram. Urfan gedəndən sonra qonşum dedi ki, "Ay Könül, deyirlər, müharibə başlayıb, Urfan necədi?". Dedim, yaxşıdır. Sonra televizioru açdım, baxdım ki, qəribə xəbərlər verilir. Sonra planşetdə xəbərlərə baxdım. Yazılmışdı ki, təyyarə düşüb, sonra da təkzib verilmişdi. Anamın ad gününün necə keçdiyini hiss eləmirdim. Mənə elə gəlirdi ki, bədənim yoxdur, əlimi-ayağımı hərəkət etdirə bilmirdim".

"Axşam qayıdanda artıq hamı bilirmiş ki, Urfan şəhid olub. Qardaşım Çingiz də bilirmiş. Biz onun maşınında idik, gördüm, Çingiz əsəbidir. Evə gələndə gördüm telefonum zəng çalır. Zəhranın sinif yoldaşlarından birnin anasıydı, qışqırırdı: "Könül, Urfan…." Sanki dünyam qaraldı. Özümü o qədər bərbad his sedirdim ki. Çingiz dedi, "insulin vur, sonra baxaq xəbərlərə". Mən artıq ayaq üstə ölmüşdüm. Zəhra da yanımdaydı, uşaq da pis vəziyyətdə idi. İynəmi vurdum. Qapı döyüldü, qonşularım girdilər içəri. Xəbəri eşidib hamısı gəlib evimə. Artıq başa düşdüm ki, Urfana nəsə olub", — Könül göz yaşları içində danışır.

Və xəbər təsdiqlənir: "İnsanlar gəlirdilər hər yerdən. Hər tərəf insanla dolu idi. Öldürmək istəyirdim hamını ki, nəyə gəlmisiniz? Yox, yox, Urfan ölə bilməzdi. O, məni tək qoyub gedə bilməzdi. Yoooox. O mənim ən çox sevdiyim insan idi… O qədər insan var idi. Heç kimi tanıya bilmirdim. Hamı məni axtarırdı".

"Ertəsi gün mənə dedilər ki, çadır qurulub, gəlməlisiniz. Urfanın ayaqqabılarını, gödəkçəsini geyinmişdim. Elə bilirdim, yanımdadır. Gördüm, çadır qurulub. Kişi çadırında molla oxuyanda dəli oldum. Urfanım… Havalandım. Elə bildim, mənə güllə dəydi. Dedim, "mənim yoldaşım sağdır". Tabutu gələnə qədər mən onun yolunu gözləyirdim", — qadın hıçqırır.

"Atamı istəyirəm…"

Könül danışdıqca, göz yaşlarını saxaya bilmir, hönkür-hönkür ağlayırdı: "2015-ci ildə Urfanın hərbi xidmət dövrü başa çatmışdı. Yəni artıq təqaüdə çıxmalıydı. Müraciət də etmişdi. İş də təklif etmişdilər. Gəzib ev də tapmışdıq. Ev alacaqdıq. Biz çox yaxşı yaşayırdıq, bircə evimiz yox idi".

Şəhid Natiq Tahirli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu xəbəri ailəyə çatdırmağa kimsə cəsarət etmədi...

Könül ağladıqca Zəhra da özünü saxlaya bilmir. Balaca əlləri ilə gözlərini silib "Atamı istəyirəm, atam gəlsin" deyirdi. O, atasını hər gecə yuxuda gördüyünü, amma yadında saxlaya bilmədiyini deyir: "Bir gün yuxuda gördüm ki, atam deyir, "mən gələcəyəm". Sevinməyə qorxdum ki, birdən sevinərəm, alınmaz. Ağlaya da bilmirdim, qışqırmağa başladım".

Anasının sözlərinə görə, Zəhra atasını itirməmişdən bir həftə öncə sinifdə ağlamağa başlayıb: "Müəllimi soruşub ki, "qızım nə olub?". Zəhra deyib ki, "bizim ailədə nəsə olacaq". Zəhra tez-tez yuxular görürdü, deyirdi ki, "ana, səni yuxuda görmüşəm, görürəm ki, sən ölmüsən, atayla sənin qəbrinin üstünə gəlirik". Mənim şəkərim var. Düşünürdüm ki, yəqin öləcəyəm. Uşaqları tapşırırdım Urfana, deyirdim, mənə nəsə olsa, uşaqlar sənə əmanətdir. Elə istəyirdim ki, Urfanla qocalım. Deyirdim, Urfan səninlə qocalmaq istəyirəm. Deyirdi: "Ay Könül, axı mən o qədər yaşaya bilmərəm"".

Qeyd: Zəhra atasının ölümündən sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə daxil olub. Məktəbin rəhbərliyi Zəhranın orada ödənişsiz təhsil alacağını bildirib.

"Biz fəxr edirik ki, Urfan kimi oğlumuz olub"

Urfanın xalası Mətanət Məmmədova da şəhid zabitimizlə bağlı xatirələrini bölüşür: "Onun uşaqlığı Ağdamda keçib. Biz Ağdamda yaşamışıq. Urfanın uşağlığı da o torpaqlarda keçib. Biz hər il iyunun 26-sı Urfana zəng edib onu təbrik edərdik. Bu gün həm onun həyat yoldaşının doğum günü idi, həm toy günü, həm də Silahlı Qüvvələr günü. Urfan çox gözəl insan idi. Vətənpərvər, qayğıkeş. Öz vətən sevgisini mənim oğluma da aşıladı. Mənim oğlum da indi əsgərdir və vətəninə, torpağına o qədər bağlıdır ki… Biz onunla fəxr edirik. Könül də dəyərli qadındır. Üzərində ağır yükü var — iki qız övladını böyütmək".

Urfan ailənin 3 övladından 2-cisi olub. Bacısı Xuraman xanım danışır ki, Urfanın uşaqlıqdan hərbiyə marağı olub. Dərslərini də yaxşı oxuyurmuş: "Atam istəyirdi ki, Urfan həkim olsun. Urfan da razılıq vermişdi. Amma məktəbi bitirən kimi sənədlərini Türkiyədə Hərbi Hava Məktəbinə vermişdi. Bütün fənnləri yaxşı oxuyurdu. İldə neçə dəfə atama o məktəbdən "Təşəkkürnamə"lər göndərilirdi. Biz orta vəziyyətdə yaşayan ailə olmuşuq. Urfan orada öz təqaüdü ilə bizə hədiyyələr alıb göndərirdi. 1995-ci ildə qəbul oldu, məktəbi bitirəndən sonra Kürdəmirdə işləməyə başladı. 2006-cı ildə ailə həyatı qurandan sonra təyinatını Qalaya aldı. Çox sakit adam idi. Hərbi sirri bizə danışmazdı. Nə vaxt harada olduğundan xəbərimiz olmazdı".

Bacısının söylədiyinə görə, Urfan uçuşları haqqında da kimsəyə məlumat verməzmiş. İstəmirmiş ki, evdəkilər narahat olsunlar: "Bir dəfə bilirdim ki, uçuşu var. O qədər zəng eləmişdim ki, axırda dedi: "Ay Xuraman, o qədər zəng elədin ki, uçuşu ləğv elədilər". Ona görə mənə demirdi çox zaman. Heç sonuncu dəfə Kürdəmirə getdiyini də bilmirdim. Harasa gedəndə deyirdi, "Kürdəmirə gedirəm", dəqiq yer deməzdi. Mən şəhid olması xəbərini də qohumlardan eşitmişdim".

Xuraman xanış danışdıqca göz yaşlarını saxlaya bilmir. Deyir ki, hələ də qardaşının şəhd olmasına inana bilmir. Hələ də onun qayıdacağı ümidi ilə yaşayır: "Mənə "Urfan yoxdur, şəhid olub" deyəndə elə bildim dünya qaraldı. Mənə onun yerini heç kim vermir. Bütün gün ürəyimdə onunla danışıram. Dua edirəm".

SOCAR ev versə də…

Qeyd edim ki, SOCAR hərbçinin ailəsinə ikiotaqlı ev verib. Amma ev çox kiçik olduğu üçün, ailə hələlik o evə getməyib. Könül həyat yoldaşından sonra gözünə heç nə görünmədiyini deyi: "Mən üçün Urfanı heç nə, heç kim əvəz edə bilməz. Urfan sabah qayıtsın, mənə heç nə lazım deyil. Hazırda kirayədə yaşayıram. Bu ev üçün 300 manat ödəyirəm. İndi 4 aydır, kirayə pulu yığılıb qalıb, Urfanın təqaüdünü alıb verəcəyəm".

"Başqa tərəfdən, heç olmasa, üçotaqlı olsaydı, uşaqlarım sıxıntı çəkməyəydi. Urfan sağ olsaydı, mən heç kimə ağız açmazdım. Mən övladlarımın rahat yaşamasına çalışıram, Çünki Urfan bizi ovcunun içində saxlayırdı", — deyir Könül.

Urfan ən çox qəmli mahnıları dinləyərdi. Bəzən saatlarla "Anlamazdım", "Sarı Laleler", "Çanakkale" mahnılarını dinləyərmiş. İndi Könül hər dəfə Urfanın məzarına sarı güllər aparır. O, hələ də sevdiyinin bir parça daşa çevrildiyinə inanmır. Saatlarla məzarıyla danışır Urfanın. Onu qınayır, danlayır, küsür.

Küsür ki, onu bu həyatda tək buraxıb. Bəzən başını məzar daşına söykəyib pıçıldayır: "Sənsiz necə yaşayacağam, Urfanım?". Urfan Könülün nəfəsi idi, sevdiyi idi, uşaqlarının atası idi. İndi Könülün tək bir arzusu var — qızlarını Urfanın arzuladığı kimi böyütmək, təhsil vermək və gec-tez Urfanına qovuşmaq…

P. S.

Bu gün şəhid pilot Urfan Vəlizadənin evliliyinin 10 ili tamam olur. Onsuz keçən ilk il. Könül bu günü də Urfanıyla keçirəcək. Məzarı başında…

Vəlizadə Urfan Üzeyir oğlu 1978-ci il noyarbrın 1-də Bakı şəhərində anadan olub. Mayor, Milli Ordunun zabiti, "dördgünlük müharibə"də vurulan Mİ-24 helikopterinin pilotu olub. O, 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Xəbər lenti
0