Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

© Photo : Azərbaycan Prezidentinin rəsmi səhifəsiAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü. Arxiv şəkli
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti: "Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib"

BAKI, 20 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə başsağlığı məktubu göndərib. Sputnik xəbər verir ki, məktubda deyilir: "Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, Rusiyanın Kareliya Respublikasında yerləşən Syamozero gölündə qayıq batıb. İçərisində 47 nəfərin olduğu qayığın fırtınaya düşməsi nəticəsində 13 uşaq ölüb, 1 azyaşlı itkin düşüb.

Xəbər lenti
0