CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsrail jurnalistlərinin Azərbaycan təəssuratları

© Sputnik / Murad OrujovПресс-конференция руководителей Международной ассоциации Израиль-Азербайджан "АзИз"
Пресс-конференция руководителей Международной ассоциации Израиль-Азербайджан АзИз - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanların ruh yüksəkliyi, gənclərin nümayişləri, yürüşlər, bayraq və maşınlar - bütün bunlar İsrail jurnalistlərində dərin təəssüratlar yaradıb.

İsrail jurnalistlərinin Azərbaycan təəssuratları
BAKI, 8 apr — Sputnik. Azərbaycan və İsrail arasında qarşılıqlı səfərlər bundan sonra da davam edəcək. Bu haqda Sputnik-in Mətbuat Mərkəzində çıxış edərkən İsrail azərbayanlıları konqresinin sədri, xoş məramlı səfir Aleksander Şapiro-Suliman bildirib.

Onun sözlərinə görə, İsrail terrordan əziyyət çəkən və buna görə ona qarşı çıxış edən bir ölkədir. Səfir qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanlı jurnalistlərin və digər peşə sahiblərinin İsrailə səfəri gözlənilir.

Beynəlxalq Diaspora mərkəzinin rəhbəri İsmayıl Ağayev isə İsrail nümayəndə heyətinin Azərbaycana səfərlərinin təəssüratları haqda danışıb. Onun sözlərinə görə, nümayəndə heyətinin marşrutu əvvəlcədən planlaşdırılmışdı və cəbhədə vəziyyət kəskinləşən zaman onlar artıq təyyarədə olublar. Bu səbəbdən heyət üzvləri cəbhə bölgəsinə gedib hər şeyi öz gözləri ilə görə bilmədi.

Lakin buna baxmayaraq, İsrail jurnalistləri şəhərdə baş verənləri izləyə bildilər. "İnsanların ruh yüksəkliyi, gənclərin nümayişləri, yürüşlər, bayraq və maşınlar — bütün bunlar İsrail jurnalistlərində dərin təəssüratlar yaratdı" — deyə İsmayıl Ağayev bildirib. O, eləcə də qeyd edib ki, səfər çərçivəsində İsrail nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə görüşlər keçirib, Quba məzarlığı və digər yerləri ziyarət ediblər. Rəsmi görüşlərdə onlara hazırki vəziyyət haqda məlumatlar verilib.

Tədbir çərçivəsində İsrail jurnalistlərinin Azərbaycanda görüb-eşitdikləri haqda obyektiv məlumatlar yazacağı barədə ümidlər səslənib.

Qeyd edək ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərlərinin mətbuat konfransı İsrail jurnalistlərinin Azərbaycana səfərlərinin nəticələrinə həsr olunub. Tədbirdə İsrail jurnalistlərilə yanaşı Beynəlxalq Diaspora mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsrail azərbayanlıları konqresinin sədri, xoş məramlı səfir Aleksander Şapiro-Suliman, "Azİz" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak və İsrail Jurnalistlər və Dövri Mətbuat Birliyinin sədri İosef Frenkel iştirak ediblər.

Xəbər lenti
0