Dmitri Medvedev: Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır

© Photo : Официальный сайт Президента АзербайджанаВстреча Президента Азербайджана Ильхама Алиева с председателем Правительства России Дмитрием Медведевым
Встреча Президента Азербайджана Ильхама Алиева с председателем Правительства России Дмитрием Медведевым - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın baş naziri: Bizim Azərbaycanla birlikdə böyük enerji və nəqliyyat layihələrimiz var.

BAKI, 8 aprel-Sputnik. "Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır".

Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Председатель правительства РФ Дмитрий Медведев (пятый слева) и президент Азербайджана Ильхам Алиев (четвертый справа) во время встречи в расширенном составе - Sputnik Azərbaycan
Prezident: Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır
Sputnik xəbər verir ki, Medvedev iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib: "İqtisadi vəziyyətin sadə olmadığı bir dövrdəyik. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var.

Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır".

Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: "Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır".

Xəbər lenti
0