Əhməd Davudoğlu İlham Əliyevə zəng edib

© ulkedehaberƏhməd Davudoğlu - Türkiyənin baş naziri
Əhməd Davudoğlu - Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.

BAKI, 3 aprel-Sputnik. Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik president.az-a istinadla xəbər verir ki, Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.

Xəbər lenti
0