CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb direktoru qonşusunu bıçaqladı

© Photo : REPORTYaralı Seyid Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Yaralı Seyid Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

BAKI, 2 mart-Sputnik. Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb.

Sputnik Report-a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.

Xəbər lenti
0