23:52 06 Dekabr 2016
Canlı yayım
Azərbaycan ordusu

Orduda kadr islahatları həyata keçiriləcək

Report
AZƏRBAYCAN
Qısa URL
47 0 0

Zakir Həsənov: Hazırda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası”nın layihəsi üzərində işlər davam etdirilir.

BAKI, 24 iyun-Sputnik. Bu gün Azərbaycanın Silahlı Qüvvələri qarşısında duran ən vacib məsələlərdən biri müasir dövrün tələblərinə uyğun kadr siyasətinin həyata keçirilməsidir.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, belə bir bəyanatla Müdafiə naziri, general-polkovnik zakir Həsənov çıxış edib. 

“Daha layiqli kadrların aşkar edilməsi, düzgün seçilməsi, yerləşdirilməsi, vəzifə üzrə irəli çəkilməsi və təhsil almağa göndərilməsi, növbəti hərbi rütbələrin vaxtında verilməsi və mükafatlandırılması məqsədilə kadrların obyektiv qiymətləndirilməsi yeni attestasiya qaydalarının tətbiqi ilə həyata keçirilir” — deyə nazir bildirib. 

Onun sözlərinə görə, zabitlərin bilik və bacarıqlarına uyğun istifadə olunması, dəyişən xidmət şəraitinə uyğunlaşma vərdişlərinin inkişaf etdirilməsi, xidmətdə bərabər şəraitin yaradılması məqsədilə Silahlı Qüvvələrdə onların xidməti yerlərinin planlı şəkildə yerdəyişməsi (rotasiyası) yeni təlimat əsasında aparılır.

Nazirin sözlərinə görə, hazırda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası”nın layihəsi üzərində işlər davam etdirilir.

“Hərbi xidmətin nüfuzunun artırılması və maddi stimullaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi hərbi quruculuqda aparılan irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyaya təqdim edib.” – deyə Həsənov bildirib.  

Onun sözlərinə görə, keçən ilin dekabrında Silahlı Qüvvələrin Sıra Nizamnaməsi təsdiq edilib. Bu nizamnamə bir sıra yeniliklərlə yanaşı, həm də mövcud qaydaların təkmilləşdirilməsini özündə ehtiva edir. Bu ilk növbədə orduda hərbi intizamın möhkəmləndirilməsinə istiqamətlənib. Hərbi sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində isə işlər davam etdirilir. Silahlı Qüvvələrin İntizam, Qarnizon və Qarovul xidmətləri, Daxili Xidmət nizamnamələrinin təkmilləşdirilməsi məqsədilə onların yeni layihələri hazırlanıb və razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib. Artıq razılaşdırma prosesi başa çatmaq üzrədir.

Nazir onu da əlavə edib ki, müasir standartlara keçidlə əlaqədar hərbi birləşmələrdə bəzi vəzifələrin səlahiyyətlərinə dəyişikliklər edilib, yeni yaradılan bir sıra vəzifələr və onların səlahiyyətləri artıq Daxili Xidmət Nizamnaməsinin yeni layihəsində öz əksini tapıb.

“Biz hərbi qanunvericilik aktlarını təkmilləşdirərkən, şübhəsiz, dünya təcrübəsini nəzərdən keçiririk. Bu zaman hansısa konkret bir ölkənin təcrübəsinə deyil, Azərbaycanın milli mənafelərinə üstünlük verir, inkişaf etmiş dövlətlərin təcrübəsindən yararlanırıq. 

Hərbi qulluqçuların hüquq və vəzifələrini müəyyən edən, əsas normativ hüquqi akt olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanaraq, hərbi qulluqçuların, onların ailə üzvlərinin, ehtiyata və ya istefaya buraxılmış şəxslərin sosial və hüquqi təminatının daha da yaxşılaşdırılması məqsədilə sənədə bir sıra yeni müddəalar daxil edilib. 

Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə xidmət dövründə istifadə etmədikləri növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunub. Bu qərara əsasən, Müdafiə Nazirliyi tərəfindən kompensasiyanın ödənilməsi qaydaları təsdiq edilib. Proses mərhələli şəkildə və vəsait ayrıldıqca həyata keçiriləcək.

Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ hüquqi aktlarla müəyyən olunan hüquqlarının icrasına imkan verən sənədlərin layihələri hazırlanıb” — deyə Həsənov bildirib. 


Əsas mövzular