21:23 09 Dekabr 2016
Canlı yayım
Fazil Mustafa

Mobil operatorun qanunsuz hərəkətinə deputatdan reaksiya

© Foto: APA
AZƏRBAYCAN
Qısa URL
73010

Fazil Mustafa: Mobil operatorlar bazarda real rəqabət mühitinin olmamasına əsaslanaraq qanunazidd fəaliyyətlərini davam etdirirlər.

BAKI, 23 iyun — Sputnik. Sputnik-in bu gün yayınladığı "Mobil operatorların növbəti fırıldağı" məqaləsində yer alan faktla bağlı millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadan reaksiya gəlib. Millət vəkili Sputnik-ə açıqlamasında bu barədə deyib: "Bu, sadəcə azərbaycansayağı qanun pozuntusudur. Dəfələrlə bu istiqamətdə iradlar səsləndirilsə də, mobil operatorlar bazarda real rəqabət mühitinin olmamasına əsaslanaraq qanunazidd fəaliyyətlərini davam etdirirlər. Qanundan qorxmadıqlarına görə, kimsənin etirazlarının da mənası qalmır. Hər halda mətbuatın məsələni ictimailəşdirməsi və vətəndaşın bu üsulla soyulmasına qarşı mövqe qoyması vacibdir."

Sputnik əməkdaşının apardığı araşdırma nəticəsində məlum olub ki, Bakcell mobil operatoru öz müştərilərinin ayrı-ayrı kommersiya şirkətləri və dükanlar tərəfindən aldadılmasına vasitəçilik edir. Belə ki, bu yaxınlarda Bakcell istifadəçisi olan Sputnik əməkdaşının telefonuna bu məzmunda SMS gəlib.  Saat 17.50-də gələn SMS-də deyilir: "Pierre cardin mağazalarında ULDUZUM istifadəçilərinə bütün mallara 40% endirim. info: 0125612644 zəng edin və ya 375 yazıb 5555-ə SMS göndərin (pulsuz)."

Saat 20.26-da yenə eyni operatordan və eyni abonentə növbəti mesaj gəlir: "Hörmətli abunəçi, zəhmət olmasa daha öncə gələn SMS-i nəzərə almayın."

telefon-mesaj
sputnik.az
telefon-mesaj

Beləliklə, operator 2 saat 36 dəqiqədən sonra abonentə əvvəlki SMS-i nəzərə almamağı tövsiyə edir. Həmin 2 saat 36 dəqiqə müddətində isə Bakcell istifadəçisi Pierre Cardin mağazalarına yaxınlaşır. Məlum olur ki, o mağazalarda 40% endirim kampaniyası yoxdur.

Operator həm Pierre cardin dükanlarını, həm də Ulduzumu reklam edir. Üstəlik, sözügedən dükana gedən müştəri məcburən oradan nəsə, özü də endirimdən yararlanmadan, baha qiymətə almaq məcburiyyətində qalır. Beləliklə, istehlakçının hüquqlarına kobud şəkildə müdaxilə edilib. 

Burada ən əsası "Reklam haqqında" Azərbaycan Respublikası qanununun tələbləri pozulub. Beynəlxalq praktikada müştəriləri aldatmağa, reklam fırıldaqçılığına görə cinayət məsuliyyəti mövcuddur. Eyni zamanda mobil operatorların müştərilərin razılığı olmadan onlara kommersiya qurumlarının reklam və elanlarını yollamaq səlahiyyəti yoxdur.

Bu məsələ bir neçə ay əvvəl Azərbaycan palamentində də gündəmə gətirilib. Deputatlar məsələ qaldırıblar ki, Azərbaycanda mobil telefon şirkətlərinin fəaliyyəti ayrıca qanunveriliklə tənzimlənməlidir və müştərilərin hüquqları təsbit olunmalıdır. Eyni zamanda müştərilər icazəsiz reklam və elanlarla narahat edilməməlidir. Lakin deputatların parlament çıxışları elə parlament divarları arasındaca qalıb. Nəticədə ölkədəki mobil operatorlar istifadəçilərlə necə lazımdır, elə də davranmaqda davam edirlər….

Əsas mövzular