10:48 03 Dekabr 2016
Canlı yayım
Kür çayı

ETSN: Kür Araz çaylarındakı çirklənmə normadan dəfələrlə artıqdır

panoramio.com
AZƏRBAYCAN
Qısa URL
20 0 0

Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının Kür çayı və onun qollarına axıdılması nəticəsində biogen maddələrin miqdarının normadan dəfələrlə artmasına səbəb olub.

BAKI, 23 iyun — Sputnik. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının Kür çayı və onun qollarına axıdılması nəticəsində biogen maddələrin miqdarının normadan dəfələrlə artmasına səbəb olub.

Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilib.

ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının ikinci ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Monitorinqin nəticəsində bəlli olub ki, iyunun ikinci ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının birinci ongünlüyünə nisbətən 35 m3/san azalaraq 353 m3/san təşkil edib. 

Digər əsas məqam isə Kür çayının normadan artıq çirklənməsi ilə bağlıdır. Belə ki, monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.2, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyun ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, Birinci Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.85-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Əsas mövzular