23:15 09 Dekabr 2016
Canlı yayım
toyuq əti

Azərbaycan İrandan toyuq ətinin idxalını qadağan etdi

iva7.ru
AZƏRBAYCAN
Qısa URL
30 0 0

İran ərazisində toyuqlar arasında yüsək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Dövlət Baytarlıq Nəzarət Xidməti tərəfindən sərəncam imzalanıb.

BAKI, 22 iyun — Sputnik. Azərbaycan İrandan ölkəyə toyuq ətinin idxalını qadağan edib. 

Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib

Onun sözlərinə görə, bu gündən İranın Mazandaran vilayətindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı dayandırılıb.

Quş ətinin idxalının qadağan olunmasının səbəbini amıqlayan Xanvəlinin sözlərinə görə, İran ərazisində toyuqlar arasında yüsək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Dövlət Xidməti tərəfindən sərəncam imzalanıb: “İranda quşlar arasında yüksək patogenli “quş qripi” xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi üçün müvafiq strukturlara tapşırıqlar verilib. Aidiyyəti dövlət qurumları və iş adamları bu sərəncam barədə məlumatlandırılıb."

Xanvəli deyib ki, bu sərəncama uyğun olaraq, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının rəsmi məlumatlarına əsasən, İranın Mazandran vilayətində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə Azərbaycan ərazisinə başqa dövlətdən keçə biləcək yoluxucu epizootik xəstəliklərdən mühafizə zərurəti nəzərə alınaraq, iyunun 22-dən İranın Mazandaran bölgəsindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı müvəqqəti dayandırılıb.

O, qeyd edib ki, bu günə olan məlumata görə, Azərbaycanda epizootik vəziyyət sabitdir: "Bu sabitliyin təmin olunması üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən lazımi addımlar atılır".

Əsas mövzular