22:02 02 Dekabr 2016
Canlı yayım
Abbasqulu Nəcəfzadə

Etnoqraf Abbasqulu Nəcəfzadə: Kamança fars aləti deyil

AZƏRBAYCAN
Qısa URL
50 0 0

İranın kamançanı öz milli musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirmək istəməsinə etnoqraf alim, kamança ustası Abbasqulu Nəcəfzadə münasibət bildirib.

BAKI, 22 iyun — Sputnik. İranın kamançanı öz milli musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirmək istəməsinə etnoqraf alim, kamança ustası Abbasqulu Nəcəfzadə münasibət bildirib. O, İranın mədəni irsləri özününküləşdirmə siyasətinin yeni olmadığını, bundan öncə də xalçalarımızı, muğamı öz milli dəyərləri kimi dünyaya göstərməyə cəhd etdiyini deyib. 

“Bu İran dövləti tərəfindən atılan ilk belə addım deyil. Bundan əvvəl də onlar, bizim muğamı, tarixi xalça sənətini, hətta aşıq sənətini özününküləşdirməyə çalışırdı. İndi də, bunun davamı olaraq kamança musiqi alətini hədəfə alıblar”, deyə etnoqraf alim bildirib.

Abbasqulu Nəcəfzadə, İranın bu addımına qarşı Azərbaycan tərəfinin hərəkətə keçməyinin vacibliyini qeyd edib.

“Kamança sözünün kökü fars dilindədir. Lakin bu o demək deyil ki, həmin alət fars alətidir. Orta əsrlərdə dilimizə çoxlu sayda fars sözü daxil olduğunu hamı bilir. İran məhz bu cür ucuz variantlardan istifadə edib əsaslandırmaq istəyir ki, kamança fars alətidir”.

Və sonda, Abbasqulu Nəcəfzadə, Azərbaycanın mədəni irsi ilə bağlı əllərində 2 mindən çox arxeoloji sübutlar olduğunu deyib.

İran kamançanı öz musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirməyə hazırlaşır. Artıq müvafiq sənədlər YUNESKO-ya təqdim edilib.

İranın Mədəni irs, sənətkarlıq və turizm təşkilatının nümayəndəsi Bəhruz Vəcdani kamançanın ənənəvi fars musiqi aləti olduğunu deyib.

Vəcdaninin sözlərinə görə, İran tərəfinin ləngiməsi tarın Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçməsinə səbəb olub.

Əsas mövzular