14:29 07 Dekabr 2016
Canlı yayım
Ədliyyə nazirliyi

Azərbaycanda siyasi partiyaların qeydiyyat qaydası dəyişdi

sputnik.az/Pəri Abbaslı
AZƏRBAYCAN
Qısa URL
25 0 0

Ədliyyə Nazirliyinin Kollegiyasının “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən ərizəyə əlavə edilən sənədlərin sayı artıb.

BAKI, 20 iyun — Sputnik. Azərbaycanda siyasi partiyaların qeydiyyat qaydası dəyişib.

“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə təsisçilər və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), nizamnamənin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması, proqramın qəbul olunması barədə qərarlar, dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli,  ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi), siyasi partiyaların rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı, qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, partiya üzvlərinin sayını təsdiqləyən sənəd,  təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat və siyasi partiyanın proqramı əlavə edilib.

Ədliyyə Nazirliyinin Kollegiyasının “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən ərizəyə əlavə edilən sənədlərin sayı artıb. Bu sıraya təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda) əlavə olunub.

Əsas mövzular